1.2.1. Birinci vaxt müddəti (1945–1955-ci illər). Elektron lampalı maşınlar. Əməliyyat sistemi
yoxdur
Biz kompüter kompleksləri inkişafının tədqiq olunma-sını elektron
hesablama sistemlərinin
(mexaniki və elektro-mexaniki qurğular tarixini buraxaraq) əmələ gəlməsi ilə başlayacayıq.
Elektron hesablama maşınlarının işlənilmə sahəsində ilk addımlar İkinci dünya müharibəsinin
sonunda atılmışdır. 40-cı illərin ortalarında ilk elektron lampalı hesablama qurğuları yaradılmış və
maşının yaddaşında saxlanılan proqramlar prinsipi əmələ gəlmişdi (John
Von Neumann, iyun 1945-
ci il). Həmin vaxtlar eyni bir insanlar qrupu hesablama maşınının layhə olunmasında, istismarında
və proqramlaşdırılmasında iştirak etmişdilər. Bu, digər tətbiqi sahələrdəki hər hansı bir praktiki
məsələlərin həll aləti kimi kompüterdən müntəzəm istifadə olunması deyil,
daha çox hesablama
texnikası sahəsində elmi-tədqiqat işi idi. Proqramlaşdırma yalnız maşın dilində həyata keçirilirdi.
Əməliyyat sistemləri barəsində söhbət belə yox idi, hesablama prosesi təşkilinin bütün məsələləri
hər bir proqramçı tərəfindən pultun arxasında oturaraq, əl ilə həll olunurdu. Pult arxasında yalnız bir
istifadəçi ola bilərdi. Maşının yaddaşına poqram ən yaxşı halda perfokartlar dəsti ilə,
adətən isə
çeviricilər panelləri köməkliyi ilə yüklənilirdi.
Hesablama sistemi eyni zamanda yalnız bir əməliyyatı (giriş-çıxış və ya elə hesablamanın özü)
yerinə yetirirdi. Proqramın sazlanması pultun arxasından maşının yaddaşının və registrlərinin
vəziyyətlərini öyrənmək köməkliyi ilə aparılırdı. Bu vaxt müddətinin sonunda ilk sistem proqram
təminatı əmələ gəlir: 1951-1952-ci illərdə simvolik dillərdən (Fortran və s.) ilk kompilyatorların
nümunələri əmələ gəlirlər, 1954-cü ildə isə Nat Rochester İBM-701 üçün Assembler dilini işləyir.
Vaxtın əhəmiyyətli hissəsi proqramın işə salınmasına
sərf olunurdu, proqramların özləri isə
ciddi olaraq, ardıcıl yerinə yetirilirdi. Bu cür iş rejimi verilənlərin ardıcıl emalı adlanır. Bütövlükdə
birinci vaxt müddəti hesablama sistem-lərinin həddindən artıq
böyük qiyməti, onların sayının az
olması və istifadənin aşağı effektivliyi ilə xarakterizə olunurdu.
Dostları ilə paylaş: