Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə6/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   73
ƏS müh

 
 
Dördüncü vaxt müddəti (1980-cı ildən hal-hazırki vaxta qədər). Fərdi kompüterlər. Klassik, 
şəbəkə və paylanmış sistemlər 
 
Hesablama sistemləri evolyusiyasının növbəti vaxt müddəti böyük inteqral sxemləinin (BİS) 
əmələ gəlməsi ilə əlaqədardır. Bu illərdə inteqrallaşma dərəcəsinin kəskin artımı və mikrosxemlər 
qiymətinin aşağı düşməsi baş verdi. Arxi-tektura cəhətdən PDP-11-dən fərqlənməyən kompüter 
qiymət və istismarının sadəliyinə görə, müəssisə şöbələrinə və ya universitetə deyil, ayrı-ayrı 
insanlar üçün yaradı. Fərdi kompüterlər dövrü başladı. Başlanğıcda fərdi kompüterlər bir proqramlı 
rejimdə bir istifadəçi üçün təyin olunmuşdu ki, bu da həmin EHM-lərin arxitekurasının və onların 
əməliyyat sistem-lərinin tənəzzülünə səbəb oldu (xüsusi halda, faylların və yaddaşın mühafizəsinin 
zəruriliyi, tapşırıqların planlaşdırılması itdi). 


Kompüterlər təkcə mütəxəssislər tərəfindən istifadə olunmurdu, bu da “dostluq” proqram 
təminatının işlənilməsini tələb etdi.
Lakin, fərdi kompüterlərdə həll olunan məsələlərin mürəkkəbliyinin və cürbəcür olmasının 
artması, onların işləmə etibarlığının yüksəldilmə zəruriyyəti, böyük hesablama maşın-larının 
arxitekturası üçün xarakterik olan praktiki olaraq, bütün xassələrinin yenidən törənməsinə gətirib 
çıxartdı
80-cı illərin ortasında kompüterlər şəbəkəsi, o cümlə-dən, şəbəkə və ya paylanmış əməliyyat 
sistemləri idarəsi altında işləyən fərdi kompüterlər çoşqun inkişaf etməyə başladılar.
Şəbəkə əməliyyat sistemlərində istifadəçilər digər şəbəkə kompüterinin resurslarına müraciət 
əldə edə bilirlər, yalnız onlar bunun olmasını bilməlidirlər və bunu bacarmalı-dırlar. Şəbəkədə hər 
bir kompüter, avtonom kompüterin əməliyyat sistemindən əlavə vasitələrin (şəbəkə interfeys
qurğuları üçün proqram dəstəklənməsi və uzaq məsafədəki resurslara müraciət) olması ilə fərqlənən 
özünün lokal əməliyyat sistemi idarəsi altında işləyirdi. 
Paylanmış şəbəkə, əksinə, xarici görünüş cəhətcə, adi avtonom sistem kimi görünür. İstifadəçi 
faylın harada (lokal və ya uzaq məsfədəki maşında) saxlanılmasını və onun proqramı-nın da harada 
yerinə yetirilməsini bilmir və bilməməlidir. O, ümumiyyətlə bilməməlidir ki, onun kompüteri 
şəbəkəyə qoşulmuşdur, ya yox. Paylanmış əməliyyat sisteminin daxili quruluşu avtonom 
sistemlərdən əhəmiyyətli dərəcədə fərqlənir.
Bundan sonra biz avtonom əməliyyat sistemlərini klassik əməliyyat sistemləri adlandıracayıq.
Hesablama sistemlərinin inkişaf mərhələlərini nəzərdən keçirərək, biz evolyusiya prosesində 
klassik əməliyyat sistem-lərinin yerinə yetirdikləri 6 əsas funksiyaları ayıra bilərik:
-Tapşırıqların planlaşdırılması və prosessordan istifadə olun-ması; 
-Proqramların kommunikasiya və sinxronlaşma vasitələri ilə təmin edilməsi; 
-Уaddaşın idarə olunması; 
-Fayl sisteminin idarə olunması; 
-Giriş-çıxışın idarə olunması; 
-Təhlükəsizliyin təmin olunması.
Yuxarıda göstərilən funksiyaların hər biri adətən, əməliyyat sisteminin struktur komponenti 
olan altsistemlər şəklində həyata keçirilmişdir. Hər bir əməliyyt sstemində bu funksiyalar, əlbəttə ki, 
özünə uyğun şəkildə, müxtəlif həcmdə həyata keçirilmişdir. Onlar, lap əvvəldən, əməliyyat 
sisteminin bir hissəsi kimi fikirləşməmiş, hesablama sistemləri daha rahat, effektiv və təhlükəsiz 
olduqca, inkişaf prosesində əmələ gəlmişdilər. İnsan tərəfindən yaradılan hesablama sistemlərinin 
evolyusiyası elə bir yolla getmişdi ki, heç kim bu vaxta qədər sübut etməyib ki, bu onların inkişaf 
yolunun yeganə mümkünlüyüdür. Əməliyyat sistemləri ona görə mövcuddurlar ki, hal-hazırki anda 
onların mövcud olması – hesablama sistemlərindən istifadə olunmanın ağıllı üsuludur. Ümumi 
prinsiplərin və onların funksiyalarının həyata keçirilmə alqoritmlərin nəzərdən keçirilməsi bizim 
dərs vəsaitinin böyük bir hissəsini təşkil edir ki, burada adları çəkilmiş altsistemlər ardıcıl olaraq 
təsvir olunacaqlar.
Mühazirə 2 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin