Mühazirə Əməliyyat sistemi anlayışı


Windows Explorer proqramı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə48/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   73
ƏS müh

Windows Explorer proqramı  
Fayl sistemi ilə işləmək üçün ən çox istifadə olunan vasitələrdən biri Windows 
Explorer (Проводник-Bələdçi) proqramıdır. Bu proqram fayl strukturu üzrə müxtəlif 
əməliyyatların yerinə yetirilməsinə imkan verir. İstənilən qovluq pəncərəsi bu 
proqramın köməyi ilə açılır.
Windows Explorer-i işlətməyin bir neçə yolları vardır:
 
Start menyusundan All Proqrams alt menyusundan Accessories-i, sonra da 
Windows Explorer-i seçmək lazımdır.
 
Win+R klavişlərin kombinasiyasını seçməklə açılan Run (Выполнить/İcra et) 
pəncərəyə «explorer.exe» əmri daxil etmək lazımdır
 
Win+E klavişlərin kombinasiyasını seçmək lazımdır
WINDOWS 7 əməliyyat sistemində WINDOWS Explorer proqramı icra olunarkən 
ekranda xüsusi pəncərə açılır və bu pəncərədə WINDOWS əməliyyat sisteminin bir 
sıra standart idarəetmə elementləri əks olunur. Bu proqram WINDOWS qovluğunda 
yerləşir və onun icra olunan modulu 
explorer.exe adlanır. İstənilən qovluq pəncərəsi 
kimi Bələdçi proqramının pəncərəsi də ekranda açılarkən onun əsas hissəsi müxtəlif 
fayl obyektləri üzərində mümkün olan əməliyyatlar siyahısı əks olunmuş 
Navigation 
pane (Hərəkət paneli) sol panel və sol paneldə seçilmiş qovluğun məzmunu əks 
olunmuş 
Work area (İşçi sahə) sağ paneldən ibarət olmaqla iki hissəyə bölünmüş 
olur. Bununla yanaşı, ehtiyac olan kimi istifadəçi çox asanlıqla sol panelin yerində 
disk və qovluqların ağacşəkilli (iyerarxik) strukturunu əks etdirə bilər.
Windows Explorer proqramının komponentləri aşağıdakı kimidir:
1. Title bar (Başlıq sətri)
2. Adres bar (Ünvan sətri)
3. Search bar (Axtarış sətri)
4. Menu bar (Menyu sətri)
5. Toolbars (Alətlər paneli)
6. Navigation pane (Hərəkət paneli)
7. Work area (İşçi sahə)


8. Preview pane (Önbaxış paneli)
9. Details pane (Detallar paneli)
10. Status bar (Vəziyyət sətri)

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin