Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə49/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   73
ƏS müh

Başlıq sətrində proqramın işarəsi, adı yazılır. Başlıq sətrindən tutmaqla pəncərəni o 
tərəf bu tərəfə aparmaq olar. Başlıq sətrinin asağı tərəfində 3 düymə var. Bu düymələr 
uyğun olaraq pəncərəni aşağı yığır, böyüdür, kiçildir və bağlayır.
Qovluğunun pəncərəsinin yuxarı hissəsində ünvan sətri və axtarış sətri yerləşir

Ünvan sətri bizə lazım olan faylı və ya qovluğu tez tapmağa kömək edir, eyni 
zamanda həmçinin kompüterdə onların harada yerləşməsini də göstərir. Bu paneldə 
cari qovluğa gedən yol da gostərilir. Həmin yolda bir-birindən kiçik “►” 
üçbucaqlarla ayrılan qovluqlar ardıcıllığı əks olunur. Bu ardıcıllığa daxil olan 
istənilən qovluğu açmaq olar. Bunun üçün qovluq üzərində mausun sol düyməsini 
klikləmək kifayətdir. Həmçinin ünvan panelindəki ikiçik üçbucaq işarələri vasitəsilə 
müəyyən qovluqlar siyahısını açmaq olar. Əgər “►” işarələri üzərində mausun 
düyməsini klikləsək, onda burada əks olunan kişik üçbucaq işarələri aşağı 
istiqamətlənmiş üçbucaq “▼” formasını alacaq və cari qovluqdakı alt qovluqlar 
siyahısı göstəriləcək.
Проводник (Windows Explorer (Windows Bələdçisi)- də qovluqlar üzərində hərəkət 
edən zaman ünvan sətrinin yanında yerləşən iki Назад (Geri) və Вперед (İrəli) 
naviqasiya düymələri yaxşı yardım edir. Birinci düymənin sayəsində sizin əvvəl 
açdığınız qovluğa tez keçmək olur, sonra isə əksinə qayıtmaq olur.
Windows Explorer proqramında özünə məxsus əsas obyektlərdən biridə axtarış 
sətridir. Bu Windows 7 əməliyyat sisteminin ən maraqlı yeni imkanlarından biridir. 
Bu daxili axtarış vasitəsi sənədləri və faylları təkcə onların adlarının bir hissəsinə görə 
deyil, həm də açar sözlərə görə də axtara bilir, məsələn, mətnlər üçün bu orada 
istifadə olunan müəyyən söz və söz birləşməsi, musiqi üçün cığırın, albomun adı, ifa 
edənin adı, poçt üçünsə göndərənin adı ola bilər.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin