Pictures libraries /Библиотека “Изображения”).
Music (Музыка/Musiqi) musiqi faylları saxlanılan kitabxanadır.
Games (Игры-Oyunlar) sistemdə quraşdırılmış oyunlar saxlanılan qovluğu açır.
Computer (Компьютер/Kompüter) mühüm sistem qovluqlarından biridir. Bu
qovluğun pəncərəsində kompüterdə olan bütün disklər və digər qurğuların işarələri
əks olunur.
Network (Сеть-Şəbəkə) lokal şəbəkəyə qoşulmuş kompyuterlərin əks
olunmasını təşkil edir.
Control Panel (Панель управления/İdarəetmə paneli) mühüm qovluqlarından
biridir. Kompüterdə müxtəlif sazlama işləri ilə bağlı nəzərdə tutulan bütün elementlər
bu qovluqda yerləşir.
Devices and printers (Устройства и принтеры/Qurğular və pirinterlər) sistem
qovluğudur. Kompüterə qoşulmuş xarici qurğular: printerlər, skanerlər, kameralar və
s. bu qovluğun pəncərəsində əks olunur.
Default Programs (Программы по умолчанию/Susmaya görə proqramlar) əmri
icra olunan kimi müxtəlif tipli faylların emalı üçün susmaya görə nəzərdə tutulan
proqramların seçim pəncərəsi açılır.
Help and Support (Справка и поддержка/Kömək və dəstək) əmri icra
olunarkən eyni adlı dialoq pəncərəsi açılır. Bu pəncərə cürbəcür sorgu məlumatlarının
tapılmasına imkan verir.
Run (Выполнить/İcra et) - Start menyusunda olmayan hər hansı bir proqramı
işlətmək və ya sənədləri (faylları) açmaq üçün bu əmrdən istifadə olunur.
Shut down (Завершение работы/Söndür) əmrini seçdikdə Windows əməliyyat
sisteminin özü ilə bərabər bütün açıq pəncərələr bağlanır və kompüter sönür
.
Taskbar (Məsələlər paneli). Eyni anda bir neçə proqram işləyərsə, masaüstü bir az
qarışıq ola bilər. Ancaq proqramların işləməsi halında, işləyən hər proqrama aid bir
düymə Taskbar (Məsələlər paneli) üzərində görünəcəkdir. Taskbar normal halda
ekranın ən aşağı hissəsində uzununa yerləşmiş çubuq şəklində bir sahədir. Açıq olan
başqa bir proqrama keçmək üçün həmin proqramın Taskbar üzərindəki düyməsinə
sıxmaq kifayətdir. Taskbar-ın xüsusiyyətlərini dəyişmək üçün tapşırıq çubuğu
üzərində maus qurğusunun sağ düyməsini sıxmaq lazımdır. Açılacaq menyudan
Properties (Xüsusiyyətlər) əmrini seçmək lazımdır. Bu zaman Taskbar and Start
Menu Properties (Tapşırıq panelinin və Start menyusunun xüsusiyyətləri) dialoq
pəncərəsi açılacaqdır. Dialoq pəncərəsində Taskbar səhifəni açmaqla aşağıdakı
parametrlər görünəcək: