Mühazirə Əməliyyat sistemi anlayışı


WINDOWS-da proqram və faylların axtarılması



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə53/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   73
ƏS müh

WINDOWS-da proqram və faylların axtarılması. Windows 7əməliyyat sistemində 
kompüterin xarici yaddaş qurğularında olan fayl, qovluq və proqramların axtarışı Start 
(Başlat) menyusundan həyata keçirilir . Start menyusunun axtarış sətri kompüterdə ən 
rahat axtarış vasitələrindən biridir. Axtarış əməliyyatı Start düyməsini basdıqda açılan 
menyunun sol panelin aşağı hissəsindəki Search programs and files (Proqramlar və 
faylları axtar) sətrinə axtarılan fayl, qovluq və ya proqramın adının daxil edilməsi ilə 
aparılır. Məsələn, kompüterdə qrafik redaktor olan Paint proqramını tapmaq tələb 
olunarsa, axtarış sətrinə axtarılan proqramın adının ilk hərfi yəni, “P” hərfi 
klaviaturadan daxil edilir. Bu zaman adında “P” hərfi olan bütün fayl, qovluq və 
proqram piktoqramları qruplar şəklində tapılır. Hərflər ardıcıl olaraq daxil edildikcə 
əməliyyat sistemi axtarış üçün ən uyğun nəticələri siyahı şəklində ekranda əks etdirir. 
Odur ki, axtarılan proqramın adı və işarəsini bu siyahıda tapmaq və onun üzərində 
mausun sol düyməsini klikləmək kifayətdir. Əgər axtarış əməliyyatını 
Windoẃs 
Explorer proqramında qovluq pəncərəsinin axtarış sətrində aparsaq, bu zaman cari 
qovluqda daxil olunmuş simvola uyğun axtarış prosesi yerinə yetiriləcəkdir. Tapılmış 
sənəd və ya proqram pəncərənin iş oblastında sarı fonla işarələnmiş formada əks 
olunacaqdır. Faylların axtarışında adlarında “*”və “?”simvollarından istifadə etməklə 
müəyyən əlamətə görə ayrılmış fayllar qrupunu tapmaq olar

*
”simvolu faylın adında və ya adın genişlənməsində istənilən sayda ixtiyari simvolun 
olduğunu göstərir
Məsələn
*
.com- genişlənməsi “com”olan bütün faylları;


*
.txt- genişlənməsi”txt”olan bütün faylları ;
infor.
*
- infor adlı bütün mümkün genişlənməyə malik olan fayllar qrupunu (infor.txt.; 
infor.docx; infor.exe;infor .com; infor.xlsx; infor .bas və. s );
in
*
.

- adı in ilə başlayan bütün faylları;
*or.*- adlarının sonluğu “or” hərf birləşməsi ilə qurtaran bütün mümkün 
genişlənməyə malik olan fayllar qrupunu (infor.txt ; işıqfor.docx; doktor.exe; 
fosfor.com ; motor.xlsx və s. );


*
.
*
-bütün faylları göstərir.
Faylın adında və ya genişlənməsində “?” işarəsinin olması onu göstərir ki bu mövqedə 
ixtiyari bir simvol dura bilər. Məs 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin