fiziki olaraq biz bildiyimiz mənada qovluq deyildir. Kitabxanada sadəcə olaraq
faylların yerləşməsi haqqında məlumat, yəni qovluqlara və bu qovluqlarda yerləşən
sənədlərə keçid əlaqələri yerləşir. Yəni kitabxananın məzmunu əlaqələr qovluğundan
ibarətdir və bu əlaqələrdən istifadə edərək bir andaca zəruri ünvana keçid etmək olur.
Kitabxanalarda heç bir başqa fiziki verilənlər olmur .
Kitabxanalar müəyyən mənada qovluqlara bənzəyir. Məs kitabxana açılarkən bir və
ya bir neçə fayl obyektləri ekranda əks oluna bilər. Lakin qovluqdan fərqli olaraq
kitabxana açılarkən fayl obyektlərini saxlandıqları bir neçə müxtəlif yerlərdən
toplayaraq ekranda əks etdirir.
Kitabxanalar fayl obyektləri saxlanılan qovluqları izləyir və həmin obyektlərə
baxmağa və onları müxtəlif üsullarla nizamlamağa imkan verir.
Windows 7 əməliyyat sistemində susmaya görə Libraries (Библиотеки/Kitabxanalar)
adlı bir əsas kitabxana var və bu kitabxana daxilində öz növbəsində əvvəlcədən
quraşdırılmış dörd kitabxana saxlanılır. Yəni mənim sənədlərim,
mənim musiqim,
mənim şəkillərim, mənim videoların qovluqlarını xüsusi qovluqlar əvəz edir:
Dostları ilə paylaş: