WINDOWS VISTA - peşəkar kompüterlər, notbuklar və s. üçün Microsoft şirkətinin
təqdim etdiyi əməliyyat sistemidir.
22 iyul 2005-ə - Vista adı bildirilməyənədək Longhorn kod adı ilə tanınırdı. 30
Yanvar 2007-ci ildə bazara təqdim edilmişdir. Windows Vista köhnə versiya ilə
müqayisədə bir çox yeni xüsusiyyət və dəyişikliyə sahibdir. Bu dəyişmə inkişaf
etdirilmiş qrafiki istifadəçi interfeysi, vizual stil, yenidən hazırlanmış axtarış
funksiyaları, multimedia vasitələri, yenidən hazırlanmış şəbəkə ünsiyyəti, görünüş və
yazıçı kimi müxtəlif funksiyaları əhatə edir. Microsoftun Vista üçün təyin etdiyi əsas
hədəf, Windows əməliyyat sisteminin təhlükəsizlik vəziyyətini inkişaf etdirmək
olmuşdur. Vistanın işləyə bilməsi üçün ən azı 800 MHz tezlikli prosessor, RAM-ın
512 MB RAM-dan az olmaması lazımdır.
Windows Vista əməliyyat sistemi Microsoft şirkətinin istehtal etdiyi əməliyyat
sistemləri arasında ən çox narazılıqlara, müzakirələrə səbəb olan əməliyyat sistemi
idi. Çoxları bunu Microsoft-un “uğursuz”u kimi də adlandırırdılar. Beləliklə,
"Microsoft" korporasiyasının 2007-ci ildə satışa çıxardığı Vista artıq satışdan çıxarılır.
Vista 2017-ci ilin sentyabrın 11-dək "qismən dəstək" sistemində olacaq. "Tam dəstək"
sisteminin dayandırılması o deməkdir ki, bu gündən etibarən istifadəçilər pulsuz
texniki dəstək, təminat və yenilənmələrdən məhrum olacaqlar. Vista-nın təhlükəsizlik
problemlərinin onlayn həll edilməsi və yenilənməsi də dayandırılıb.
WINDOWS 7 - Windows ailəsinin növbəti bir üzvü olub Windows Vistadan sonra
çıxmışdır. Bu sistem 22 oktyabr 2009-cu ildə Windows Vistanın satışa çıxmasından 3
il sonra alıcılara təqdim olunmuşdur. Windows 7-nin tərkibinə Vistadan tanıdığımız
interfeys və quraşdırılmış proqramlar daxildir. Fərqli olaraq Start düyməsindən
klassik menyuya keçid ləğv edilmişdir.
Windows 7-nin işçi masa digər Windows-lardan xeyli fərqlənir. Bu fərqlilik onun
maraqlı, multimedional interfeysində, həmçinin açılmış pəncərələrin idarə
edilməsində özünü biruzə verir. Həmçinin açılan pəncərənin adının üstünə gəldikdə
həmin pəncərənin balaca görüntüsünü göstərmək funksiyası bizə vistadan tanış bir
funksiyadır. Start düyməsi də cox istifadəyə rahat şəkildə düzəldilmişdir. Hər bir
proqramın üstünə gədldikdə
qabağında onun son dəfə istidadə olunmuş fayllar avtomatik açılır. Windows 7 əsasən
NTFS və Fat32 fayl sistemlərinə yazılır.