aradan qaldırılmışdır. Bu problem Windows 3.1 versiyasında olub. Hal-hazırda bir
mətndə bir-neçə şrifdən istifadə etmək mümkündür və s.
- Multimediya prinsipini saxlaması. Windows vasitəsilə musiqi səsləndirmənin,
videokameraya baxmanın, animasiyalara baxmanın mümkünlüyü.
- İstifadəçi interfeysinin yaradılması üçün lazım olan funksiyalar (pəncərələr,
menyular, sorğular, siyahılar).
- Əməli yaddaşdan tam istifadənin mümkünlüyü. DOS-dan fərqli olaraq Windows-da
kompüterin əməli yaddaşından tam istifadə edilir.
- Proqramlar kitabxanasının dinamik quruluşu. İstifadəçi ona lazım olan proqramı
proqramlar kitabxanasının köməyilə istifadə edə bilər. İş prosesindən sonra istənilərsə
kompüterin yaddaşından silinə bilər.
- Vahid istifadəçi interfeysi olması. Windows-da istifadəçi interfeysi daima
təkmilləşir və istənilən proqramlar arasında əlaqə yaratmağa imkan verir.
- Çoxlu sayda məsələlərin eyni anda həllinin mümkünlüyü. Windows-da bir
proqramın və ya məsələnin həllindən digərinə keçmək mümkündür. Həm də lazim
olduqda onlar arasında məlumat mübadiləsi yaradılır.
- DOS əlavələri ilə uyğunluğu. Windows elə qurulmuşdur ki, onunla işləyərkən DOS
proqramlarına müraciət etmək olur, nəticədə DOS-da olan proqram aşağı sürətlə
işləyir.
- Əlavə qurğularla əlaqənin sadəliyi. MS-DOS-dan fərqli olaraq istənilən əlavə
qurğunun onun drayverini kompüterə yazmaqla işi asanlaşdırmanın mümkünlüyü.
- Multimedia imkanlarının olması.
Dostları ilə paylaş: