Törənən proses 0 növbəsinə daxil olur. İcra olunmaq üçün seçimdə o, öz sərəncamına 8
vahid ölçüdə kvant vaxtını əldə edir. Əgər onun CPU burst vaxt müddəti bu kvant vaxtından kiçik
olarsa, proses 0 növbəsində qalır. Əks təqdirdə, o, növbə 1-ə keçir. Növbə 1-dəki proseslər üçün 1
kvant vaxtı 16 qiymətinə malikdir. Əgər proses bu vaxta yerləşmirsə, o, növbə 2-yə keçir. Əgər
yerləşirsə, onda növbə 1-də qalır. Növbə 2-də kvant vaxtının qiyməti 32 vahid təşkil edir. Əgər
prosesin fasiləsiz işi üçün bu da az olarsa, proses, kvant vaxtının tətbiq olunmadığı növbə 3-ə daxil
olur və digər növbələrdə hazır proseslər olmadığı halda, özünün CPU burst qurtarana qədər icra
oluna bilər. CPU burst vaxt müddətinin qiyməti nə qədər böyük olarsa, o zaman proses daha aşağı
üstünlüklü növbəyə düşür, amma, o, böyük prosessor vaxtını nəzərdə tuta bilər. Beləliklə, bir qədər
müddətdən sonra prosessor işinin az vaxtını tələb edən bütün proseslər yüksək üstünlüklü
növbələrdə yerləşmiş olacaqlar, böyük prosessor vaxtını tələb edən və cavab vaxtına alçaq sorğulu
olan bütün proseslər aşağı üstünlüklü növbələrdə yerləşmiş olacaqlar.
Əks istiqamətdə proseslərin miqrasiyası müxtəlif prinsiplər üzrə həyata keçirilə bilərlər.
Məsələn, klaviaturadan daxil olunmanı gözlədikdən sonra, növbə 1,2 və 3-də olan proseslər 0
növbəsinə yerləşdirilə bilərlər; giriş-çıxışın disk əməliyyatları bitəndən sonra, növbə 2 və 3–də olan
proseslər növbə 1-ə yerləşdirilə bilərlər; bütün digər hadisələrin bitməsindən sonra, proseslər növbə
3-dən götürülüb növbə 2-də yerləşəcəklər. Aşağı üstünlüklü növbələrdən yüksək üstünlüklü
növbələrə proseslərin yerdəyişməsi müəyyən vaxt müddətində proseslər davranışının dəyişilməsini
tam şəkjildə nəzərə almağa imkan verir.
Əks əlaqəli çox səviyyəli növbələr proseslərin planlaş-dırmasında, bizim nəzərdən
keçirtdiyimiz yanaşmaların içərisindən ən ümumi yanaşmadan istifadə etmişdir. Onlar həyata
keçirilmədə ən çətin olur, eyni zamanda da, ən böyük çevikliyiə malik olur. Aydındır ki, bu cür
planlaşdırmanın, yuxarıda göstərdiyimiz variantdan başqa, çoxlu sayda digər müxtəlif növləri də
mövcuddur. Onların konkret cəmləşdiril-məsinin tam şəkildə təsviri üçün aşağıdakıları göstərmək
lazımdır:
-“Hazır olma” vəziyyətində yerləşən proseslər üçün növbələrin sayı;
-Növbələr arasında işləyə bilən planlaşdırma alqoritmi;
-Növbələr daxilində işləyə bilən planlaşdırma alqoritmləri;
-Törənən prosesin növbələrdən birinə yerləşdirilmə qaydaları;
-Proseslərin bir növbədən digərinə keçirilmə qaydaları;
Bu göstərdiyimiz bəndlərdən hər hansı birini dəyişdir-məklə, biz hesablama sisteminin
davranışını əhəmiyyətli dərəcədə dəyişdirə bilərik.
Mühazirə12
Dostları ilə paylaş: