Mühazirə Əməliyyat sistemi anlayışı


Windows Əməliyyat sisteminin çatışmayan cəhətləri



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə41/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   73
ƏS müh

Windows Əməliyyat sisteminin çatışmayan cəhətləri:  
- Müsbət cəhətləri əldə etmək üçün aparat təminatına düşən yükü çoxaltmaq lazımdır.
- DOS-a nisbətən istənilən məsələnin həllinə çox vaxt sərf edilir. DOS Windows-dan 
1.5-2 dəfə cəld işləyir.
- İstənilən proqramın xarici qurğularla işləməsini birbaşa Windows həyata keçirir. 
Bəzi hallarda bu qəbul edilmir.
Windows ailəsinin əməliyyat sistemləri  
WINDOWS XP – Microsoft-un fərdi kompüterlər və server sistemləri üçün nəzərdə 
tutulmuş 32-bit və 64 bitlik əməliyat sistemləri ailəsindəndir. Windows XP Amerika 
korporasiyasının ən uğurlu müasir əməliyyat sistemidir. Microsoftun məhsulları 
arasında yalnız o, zirvədə uzun müddət qalıb. 25 oktyabr 2001-ci ildə satışa təqdim 
edilmişdir. 2006-cı ilin yanvarınadək 600 milyon nüsxə satılmışdır.
Windows müasir kompüterlərin istifadəsində yeni imkanlar açan bir sistem olub, 
proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır. XP adı "eXPerience" sözündən 
götürülmüşdür, mənası "təcrübəli", "məlumatlı" deməkdir. Windows XP Windows 
2000 və Windows ME əməliyyat sistemlərinin varisi və Microsoft-un Windows NT 
əsasında qurulmuş ilk istehlakçı yönümlü əməliyat sistemidir.


Windows XP əməliyyat sisteminin kompüter qurğularına minimal tələbləri var. 
Məsələn, yaddaş 256 MB-dan, prosessorun tezliyi 600 MHz-dən aşağı olmamalıdır. 
Bu əməliyyat sistemi zəif kompüterlərə yüklənir. Bu zaman virtul yaddaşdan geniş 
istifadə olunur, yəni operativ yaddaş kiçik olduğu üçün informasiya HDD-yə yazılır. 
Minimal operativ yaddaş (RAM) 64 MB-dan, disk yaddaşındakı boş yer 1Qb az 
olmamalıdır. Windows XP-nin optimal işləməsi üçün RAM-ın 128 MB və daha çox 
olması məsləhətdir.


2007-ci ilin yanvar ayında Windows Vista ilə əvəz edilmişdir. Windows XP 
pərakəndə satış 30 iyun 2008-ci il dayandırılıb. Windows XP bir neçə variantda 
buraxılmışdır:
 Windows XP Professional Edition
 Windows XP Home Edition
 Windows XP Tablet PC Edition
 Windows XP Media Center Edition
 Windows XP Embedded
 Windows Embedded for Point of Service
 Windows XP Professional x64 Edition
 Windows XP 64-bit Edition
 Windows XP Edition N
 Windows XP Starter Edition
Windows XP əməliyyat sisteminin rəsmi çıxarılmasından təxminən 11 il ötməsinə 
baxmayaraq, bu əməliyyat sisteminə korporativ və istehlak dairələrdə əvvəlki kimi 
tələbat var. Lakin Microsoft şirkəti 8 aprel 2014-cü ildə Windows XP əməliyyat 
sisteminin dəstəklənməsini dayandıracağını bildirib.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin