Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə59/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   73
ƏS müh

himem.sys yazıb Enter basmaq lazımdır.
Ansi.sys drayveri MS DOS-un rəng təqdimatını dəyişməyə imkan verir. Bu drayver 
displeyin rəng rejimlərini dəyişir, kursorun displey üzərində hərəkətini tənzimləyir. 
Bu binar drayveri də MS DOS-un əmr sətrində 
Ansi.sys yazıb Enter-i basmaqla 
ekrana çıxarmaq olar.
Setver.exe drayveri vasitəsilə MS DOS-a məxsus olan proqramların versiyalar 
cədvəlinə baxmaq olur. Bu proqram vasitəsilə cədvəldə göstərilən proqram faylları 
üçün saxta versiya nömrələri təyin etmək olur.
Kompüterin daxili və xarici qurğuların drayverləri haqda məlumat almaq üçün 
Мой 
компьютер üzərində mausun sağ düyməsini “klik” edib Свойства seçilir, sonra isə 
ekrana çıxan 
Свойства системы pəncərəsində Оборудование səhifəsini açıb, 
Диспетчер устройств düyməsini basmaq lazımdır. Bu zaman ekrana Диспетчер 
устройств pəncərəsi çıxır və onun daxilində qurğuların və drayverlərin adları, 
versiyaları, həmin drayverlərin yararlıq dərəcələri göstərilir. Drayveri yeniləmək üçün 
Обновить драйвер seçmək lazımdır. Əgər hər hansı drayver istifadə edilmirsə, onda 
Отключить düyməsini basmaqla, onu söndürmək, Удалить düyməsini basmaqla 
isə tamamilə silmək olur.
WINDOWS-un əmr sətrinin interfeysi  
Bir neçə il bundan əvvəl kompüterlə əsas işləmə rejimi “əmr sətri” rejimi idi. Burada 
əmrlər kompüterə klaviatura ilə daxil edilirdi. Məsələn, hal hazırda mətn prosessoru 
olan MS Word proqramını yükləmək üçün Windows əməliyyat sisteminin İşçi 
masasında bu proqramın nişanına siçanı sıxmaq kifayyətdir. Əvvəllər isə DOS 
əməliyyat sistemlərində isləyəndə bunun üçün C:\ WORD\ word.exe 
C:\doc\mybook.doc tipli əmr daxil etmək lazım gəlirdi.
Hal hazırda əmr sətri rejimindən demək olar ki, istifadə olunmur. Lakin əmr sətri 
rejimi bütün müasir əməliyyat sistemlərində məsələn, Mac OS və Linux-dan 
başlayaraq Windows əməliyyat sisteminə qədər hamsında qalmışdır. Bu rejim əsasən 
mütəxəsislərə “gizlin” xidməti proqramları işə salmaq üçün lazımdır.
Regedit reestr redaktorunu və Windows Msconfig tənzimləmə proqramını işə salmaq 
üçün lazım gəlir, ona görə ki, bunları heç bir standart proqram menyusunda tapmaq 
olmur.


Windows 7- də axtarış sətri əmr sətrini nisbətən əvəzləmışdır, lakin bəzi hallarda o 
kömək edə bilmir. Məsələn, müəyyən proqramı hansısa əlavə açarla yükləmək lazım 
gələndə axtarış sətri kömək edə bilmir. Misal kimi Ping əmrini göstərmək olar. Bu 
əmrin


köməyilə İnternetdə lazım olan qovşağa daxil olma imkanını yoxlayır, həmçinin ona 
qədər siqnalın keçmə vaxtını yoxlayır. Bu əmr aşağıdakı kimi görünür:
Ping ya.ru və ya Ping-t 213.180.206.1  
Ping proqramını axtarış sətri ilə asanlıqla tapmaq olur, lakin onu əlavə açarla 
yükləmək olmur. Belə məsələləri həll etmək üçün Windows- da “əmr sətri” 
(Выполнить (Run (İcra et))) vasitəsi vardır. Windows 7- də bunu çağırmaq üçün Win 
və R klavişlərini birgə sıxmaq lazımdır. Bu zaman ekrana Выполнить (Run (İcra et)) 
adlı pəncərə çıxır. Bu pəncərədə isə əmr sətri rejiminin bütün imkanlarını istifadə 
etmək olur.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin