Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə62/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   73
ƏS müh

System and Security (Система и безопасность/Sistem və Təhlükəsizlik). Bu 
kateqoriyaya administrator səlahiyyətlərinə aid olan bütün elementlər, əməliyyat 
sisteminin idarə olunması və sistemin təhlükəsizlik vasitələri daxildir. Belə ki bu 
elementlər sistemin təhlükəsizlik parametrlərinə baxmaq və redaktə etmək , sistem 
haqqında məlumata və kompüterin xarakteristikalarına baxmaq, enerji seçimlərini 
sazlamaq, verilənlərin ehtiyyat nüsxələrini yaratmaq və bərpa etmək, sistemin 
yenilənməsi və sistem xidmətlərini həyata keçirmək üçün nəzərdə tutulur.

Network and Internet (Сeть и Интернет/Şəbəkə və İnternet). Bu kateqoriya 
qrupuna şəbəkə qoşulmaları ilə işləmək üçün nəzərdə tutulan elementlər, internet 
brauzerinin xüsusiyyətləri və bir sıra digər parametrlər daxildir. Yəni bu qrupa daxil 
olan elementlər İnternetə qoşulmanın sazlanması, şəbəkə qovluqları və faylların 
ümumi girişinin sazlanması lokal şəbəkənin vəziyyətinin yoxlanması və sazlanması, 
İnternet Explorer brauzerinin sazlanma rejiminə keçid , şəbəkəyə kabelsiz qurğuların 
əlavə edilməsi və. s əməliyyatların icrasına imkan verir.

Hardvare and Sound (Оборудование и Звук/Avadanlıq və səs). Bu kateqoriya 
qrupundakı elementlər bütün mümkün qurğuların və kompüterin bütün 
komponentlərinin sazlanmasını təmin edir. O cümlədən, bu elementlər kompüterə 
qurğuların qoşulması, sistem hadisələrinin səs siqnalları ilə müşayiət edilməsinin 
sazlanması, kompakt disklərin avtomatik səsləndirilməsinin sazlanması, drayverlərin 
yenilənməsi, ekran parametrlərinin sazlanması, qurğuların işi və səs tərtibatı ilə bağlı 
digər parametrlərin sazlanması üçün nəzərdə tutulur. Eyni zamanda bu elementlərin 
köməyilə kompüter qurğuların o


cümlədən printer, maus, monitor, videokart və səs platasının parametrlərinə baxmaq 
və onları tənzimləmək olar .

Proqrams (Программы /Proqramlar). Bu kateqoriya qrupundakı elementlər 
Windows 7 əməliyyat sistemində quraşdırılmış proqramları və Windows 
komponentlərini idarə etməyə imkan verir. Xüsusi halda bu elementlər quraşdırılmış 
proqramları ləğv etmək, susmaya görə istifadə olunan proqramları seçmək, Windows 
komponentlərini quraşdırmaq və ya ləğv etmək, iş stolunda mini-proqramlarla 
işləmək, konkret tipli faylların açılması üçün proqram təyin etmək və s. olar.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin