Mühazirə Əməliyyat sistemi anlayışı


Start (Пуск /Başlat ) menyusundan All



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə64/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   73
ƏS müh

Start (Пуск /Başlat ) menyusundan All 
Proqrams (Все программы /Bütün Proqramlar ) alt menyusundakı Accesories 
Стандартные/Aksessuarlar) qovluğundan daxil olmaq mümkündür.
Accesories ( Стандартные/Aksessuarlar) qovluğunda yerləşən standart proqramlara 
Calculator (Калькулятор/Kalkulyator), Command Prompt (Kомандная 
строка/Əmr sətri), 
Connect to a Network Projector (Подключение к сетевому 
проектору/Şəbəkə proyektoruna Bağlan), 
Connect to a Projector (Подключить к 
проектору/Proyektora bağlan), 
Notepad (Блокнот/Bloknot), Paint (Paint/Boyama), 


Remote Desktop Connection (Подключение к удаленному рабочему столу/uzaq 
iş masası bağlantısı), 
Snipping Tool (Ножницы/Hissə aləti), Sound Recorder 
(Звукозапись/Səsyazan), 
StickyNotes (Записки/Yapışqanlı etiketlər), WordPad
Windows Explorer  


(Проводник/ Windows Bələdçi), 
SystemTools (Служебные/Sistem alətləri), Tablet 
PC(Планшетный ПК) və s. aiddir.
Calculator (Калькулятор/Kalkulyator) proqramı klaviaturadan daxil edilən 
verilənlər üzərində sadə riyazi hesablamaların aparılması üçün nəzərdə tutulur. 
Windows 7 əməliyyat sistemində kalkulyator proqramı bir neçə formalarla və əlavə 
funksiyalarla təchiz edilmişdir.
Command Prompt (Kомандная строка /Əmr sətri) proqramı Windows 7 əməliyyat 
sistemində 
MS DOS əməlıyyat sisteminin pəncərəsini təmin edir.
Notepad (Блокнот/Bloknot) ən sadə mətn redaktorudur. Başqa sözlə bu proqram 
kiçik qeydlər yaratmaq və *.txt formatlı elektron sənədləri redaktə etmək üçün 
nəzərdə tutulan sadələşmiş redaktordur. Bu proqram yalnız mətnin sadə redaktə 
rejimlərindən istifadə etməyə imkan verir. Elə ona görə də bu proqram sadə sənədlər 
və veb-səhifələrin yaradılmasında istifadə edilir.
Paint (Paint/Boyama) proqramından qrafik təsvirlər yaratmaq və onları redaktə etmək 
üçün istifadə edilir. Windows 7 əməliyyat sistemində olan Paint proqramı tamamilə 
yenilışdirilmişdir. Belə ki, bu proqramda istifadə edilən bütün alətlər Paint 
pəncərəsinin yuxarı hissəsində 
Ribbon (Лент/Lent) interfeysi üzərində yerləşir. Yəni 
artıq Paint proqramı lent interfeysinə malikdir. Həmçinin proqramın standart alətlər 
sırasına əlavə fiqurlar, fırçalar və s. daxil edilmişdir.
Word Pad proqramı sənədlərin yaradılması, redaktəsi və formatlaşdırılması üçün 
nəzərdə tutulan Notepad (Блокнот/Bloknot) proqramına nisbətən daha geniş 
imkanlara malik olan *.rtf (Rich Text Format) formatlı elektron sənədləri hazırlamaq 
üçün nəzərdə tutulan sadə mətn prosessorudur. Bu proqram Microsoft Word 
proqramının qısaldılmış variantıdır.
Sticky Notes (Записки/Yapışqanlı etiketler) proqramı bilavasitə iş masasında 
mətndən ibarət kiçik qeydlər yaratmaq üçün nəzərdə tutulan sadə və əlverişli bir 
proqramdır. Bu proqrama sadəcə olaraq üzərində müəyyən qeydlər, xatırlamalar və 
s.yazılmış sarı rəngli yapışqanlı stikerlərin elektron variantı kimi baxmaq olar.
Snipping Tool (Ножницы/Hissə aləti) ekranın və ya onun hər hansı bir hissəsinin 
şəklini çəkərək yaddaşda qrafiki fayl kimi saxlayır.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin