Mühazirə Əməliyyat sistemi anlayışı


Diskin yoxlanılması (Scandisk, Проверка диска)



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə66/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   73
ƏS müh

Diskin yoxlanılması (Scandisk, Проверка диска) – Bu proqram diskin fayl 
strukturunu yoxlayaraq, bu və ya digər səbəbdən baş verən pozuntuları aradan 
qaldırır. Bunun üçün proqramı yükləyib (My computer pəncərəsini açıb yoxlanılacaq 
diski seçib və üzərində sağ düyməni vurub açılan menyudan Scan... əmrini vermək 
lazımdır), açılmış pəncərədə yoxlanılacaq diskin adını seçib Start düyməsini sıxmaq 
lazımdır.
Diskin defraqmentləşməsi (Disk Defragmenter, Дефрагментация диска) – 
Proqram diskinin müxtəlif klasterlərində ayrı-ayrı fraqmentlər şəklində yazılmış 
faylları tam şəklə gətirir. Bunun nəticəsində faylın diskdən oxunması sürətlənir. 
Proqram yükləndikdən sonra Defragment düyməsi sıxılır.
Adətən faylları diskə yazdıqda kompüter fayl verilənlərini diskin sektorlarında qalan 
boş yerlərə hissələr-fraqmentlər şəklində yazmaqla disk həcminə qənaət edir. Lakin iri 
həcmli fayllarla işlədikdə bu cür fraqmentlərlə yazılış işin sürətini aşağı salır. Bunu 
aradan qaldırmaq məqsədilə disklərin defraqmentləşməsini aparmaq olar. Yəni fayllar 
bütöv şəkildə disk hissəsində yerləşdirilir. Bu halda diskin tutumundan optimal 
istifadə edilməsə də disklə işin sürəti artır. Əmrin yerinə yetirilməsi zamanı açılmış 
pəncərədə yerinə yetirilən proses (təhlil gedir, defraqmentləşmə gedir və s.) haqqında, 
prosesin nəticəsi haqqında məlumat verilir.
Verilənlərin arxivləşdirilməsi (Backup, Архивация данных) – Kompüterdə olan 
verilənlərin təsadüfi itirilməsinin qarşısının alınması məqsədilə onların 
arxivləşdirilməsini təmin edir. Əmr verildikdən sonra yeni açılan pəncərədə iki imkan 
təklif edilir. Bunlardan birincisi verilənlərin arxivləşdirilməsini, ikincisi isə artıq 
mövcud olan arxidən verilənlərin çıxarılaraq lazımi yerə bərpasını təmin etmək 
imkanıdır. Lazımi imkan seçildikdən sonra hansı verilənlərin arxivləşdiriləcəyi 
müəyyənləşdirilir. Bu verilənlər My Documents (Мои документы) qovluğundakı 
fayllar və kompüterin sazlama parametrləri, kompüterdə olan və bütün istifadəçilərin 
verilənləri və sazlama parametrləri, kompüterdə olan bütün verilənlər, ya da istifadəçi 
istəyinə uyğun seçilmiş verilənlər ola bilər. Sonuncu variantda növbəti pəncərəyə 
kompüter qurğuları və həmin qurğulardakı fayllar və qovluqların siyahısı verilir. 
İstifadəçi tərəfindən lazım olanlar seçilir. Arxivləşdiriləcək obyektlər 
müəyyənləşdirildikdən sonra növbəti mərhələdə arxivin saxlanacağı qurğu və arxivə 
veriləcək ad daxil edilir. Avtomatik olaraq arxiv yaradılır. Sonuncu pəncərədə proses 


haqqında məlumat verilir. Daha geniş hesabat almaq üçün sonuncu pəncərədəki 
Report(Отчет) əmrindən istifadə etmək olar. Əgər arxivləşdirilmiş verilənləri bərpa 
etmək lazım gələrsə prosesi analoji ardıcıllıqla, lakin ilkin pəncərədəki ikinci imkanı 
seçməklə həyata keçirmək lazımdır.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin