Mühazirə Əməliyyat sistemi anlayışı


WINDOWS əməliyyat sisteminin xüsusiyyətlərinin dəyişdirilməsi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə68/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   73
ƏS müh

WINDOWS əməliyyat sisteminin xüsusiyyətlərinin dəyişdirilməsi  
WINDOWS-un xüsusiyyətlərini dəyişdirmək üçün Start (Пуск/Başla) menyusundan 
Control Panel (Панель управления/İdarəetmə Paneli) əmrini seçmək lazımdır. 
Control Panel (Панель управления/İdarəetmə Paneli) qurğuların xüsusiyyətlərini 
dəyişdirmək və ya WINDOWS-un qrafik xüsusiyyətlərini istədiyimizə uyğun qurmaq 
üçündür.
Tarix və zamanı dəyişdirmək. Tarix və zamanı dəyişdirmək lazımdırsa, Control Panel 
(Панель управления/İdarəetmə Paneli)ndən Date and Time (Дата и Время/Tarix və 
Zaman) parametrlərini seçmək lazımdır. Eyniadlı dialoq pəncərəsi açılacaqdır. Month 
(Месяц/Ay) sahəsindən cari ayı, Year (Год/İl) sahəsindən cari ili, təqvimdən günü 
seçmək lazımdır. Time (Дата/Zaman) sahəsinin sağındakı ox düyməsini və ya sahə 
üzərində sıxaraq cari saatı daxil etmək lazımdır.
Time Zone (Часовой Пояс/Vaxt bölgəsi) səhifəsinə keçib, dünya xəritəsini görmək 
olar. Mətn sahəsinin sağındakı ox düyməsini sıxaraq açılan menyudan olduğumuz 
yeri seçmək lazımdır. Uyğun parametrləri seçdikdən sonra OK düyməsini sıxaraq 
onları aktivləşdirmək olar.
Mausun xüsusiyyətlərini dəyişdirmək. Mausun xüsusiyyətlərini dəyişdirmək üçün 
Control Panel-dən (Панель управления/İdarəetmə Paneli) Mouse (Мышь/Maus 


Qurğusu) seçərək Mouse Properties (Свойства: Мышь/Maus Qurğusu 
Xüsusiyyətləri) dialoq pəncərəsi açılacaqdır.
Solaxay istifadəçilər üçün Buttons (Кнопки/Düymələr) səhifəsindən istifadə edərək 
maus düymələrinin funksiyalarını Button configuration (Конфигурация 
кнопки/Düymə konfiqurasiyası) sahəsində Switch primary and secondary buttons 
(Основная кнопка и


дополнительная кнопка/Əsas və köməkçi düyməyə çevir) parametrləri seçməklə 
dəyişdirmək olar.
Ikiqat sıxma sürətini Double-click speed (Скорость двойного нажатия/Ikiqat sıxma 
sürəti) sahəsindəki Slow (Медленно/Asta) və Fast (Быстро/Cəld) arasındakı 
düyməsini uyğun istiqamətdə hərəkət etdirməklə artırıb azaltmaq olar.
Pointers (Указатели/Göstəricilər) səhifəni seçdikdə WINDOWS-da istifadə olunan 
müxtəlif mausun işarələrini görmək olar. Mausunun göstəricilərini xüsusi göstəriciləri 
olan faylları açaraq dəyişdirmək olar. Mausunun göstəricilərini dəyişdirmək üçün 
altdakı siyahı pəncərəsindən dəyişdirmək istədiyimiz göstərici üzərində sıxmaq 
lazımdır. Browse (Обзор/Gözdən keçir) düyməsini sıxaraq yeni göstəricini axtarmaq 
olar. Göstərici siyahısı tərtib etdikdən sonra Save As (Сохранить как/Yeni adla 
yaddaşa yaz) düyməsini sıxaraq və bir ad verərək bunu sonrakı istifadələr üçün də 
yaddaşda saxlamaq olar. Standart Windows göstəricilərindən istifadə etmək üçün Use 
Default (Восстановить исходную/Standart İşlət) düyməsini sıxmaq lazımdır.
Mausun göstəricisinin hərəkət xüsusiyyətlərini Pointers Options (Параметры 
указателя/Göstərici xüsusiyyətləri) səhifəsində dəyişdirmək olar. Bu səhifədə Motion 
(Перемещение/Hərəkət) sahəsindəki Slow (Медленно/Asta) və Fast (Быстро/Cəld) 
düyməsini sürüyərək, mausu hərəkət etdirdikcə, göstəricinin hansı sürətlə hərəkət 
edəcəyini təyin etmək olar. Apply (Применить/Tətbiq et) düyməsini sıxaraq 
seçdiyimiz parametrləri saxlamaq olar.
Dil xüsusiyyətlərini dəyişdirmək. Sistemin dil xüsusiyyətlərini dəyişdirmək üçün 
Control Panel-dən (Панель управления/İdarəetmə Paneli) Region and Language 
(Язык и региональные стандарты/Bölgə və Dil standartları) seçmək lazımdır. Bu 
zaman eyniadlı dialoq pəncərəsi açılacaqdır. Administrative 
(Дополнительно/Əlavələr

sahəsinə keçib Change System language 
(Изменить язык 
системы/Sistem dilini dəyişmək) düyməsinə basıb açılan siyahıda lazım olan dili 
seçib OK düyməsinə basmaq lazımdır.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin