- İnformasiyanın qeyriqanuni dəyişdirilməsinə görə;
- İnformasiyanın qeyriqanuni məhv edilməsinə görə;
- Əməliyyat sisteminin tam və ya hissə-hissə dağılmasına görə.
2. Əməliyyat sisteminə təsir prinsipinə görə:
- İnformasiyanın əldə edilməsi üçün məşhur (leqal) kanallardan istifadə edilməsi,
məsələn, faylların qeyri-qanuni oxunmasına hədələr və s.;
- İnformasiyanın əldə edilməsi üçün gizli kanalların istifadə olunması, məsələn,
bədniyyətli insanın əməliyyat sisteminin sənədləşdirilməmiş imkanlarından istifadə
etmək üçün hədələrdən istifadə etməsi;
- Proqram əlavələrinin köməyilə informasiyanın əldə edilməsi üçün yeni kanalların
yaradılması.
3. Bədniyyətli insan tərəfindən müdafiənin pis vəziyyətə salınması növünə görə:
- Uyğun olmayan təhlükəsizlik siyasəti, o cümlədən sistem inzibatçısının səhvləri;
- Əməliyyat sisteminin səhvi və proqram təminatı imkanlarının sənədləşdirilməməsi,
o cümlədən sistemin müdafiəsini yan keçməyə imkan verən,
təsadüfən və ya
düşünülmüş şəkildə qurulan “xidməti giriş” (onu çox vaxt “lyuk – anbar ağzı” da
adlandırırlar);
- Əvvəllər istifadə olunan proqram əlavələri.
4. Əməliyyat sisteminə etdiyi təsirin xarakterinə görə:
- Aktiv təsir – pisniyyətli insanın sistemə qeyriqanuni təsir göstərməsi;
- Passiv təsir – sistemdə baş verən proseslərin qeyriqanuni şəkildə pisniyyətli insan
tərəfindən müşahidə edilməsi.
Əməliyyat sistemi aşağıdakı hücumlara məruz qala bilər:
- Fayl sisteminin skanerə edilməsi. Bədniyyətli insan kompüterin fayl sisteminə nəzər
salır və bütün faylları ardıcıl oxumağa (və ya surətini almağa) cəhd göstərir.
Gec və
ya tez inzibatçının heç olmasa bir səhvi aşkar olunur. Nəticədə pisniyyətli insan ona
qadağa qoyulmuş informasiyaya əlçatanlıq edir;
- Parolun seçilməsi. Parolun seçilməsində bir neçə üsuldan istifadə edilir:
Ümumi izafə (izafə - normadan artıq alınmış (götürülmüş) şey anlamını verir);
Statistikada rast gəlinən simvolların optimallaşdırılması və ya lüğətdan istifadə
etməklə ümumi izafə;
İstifadəçini tanımaqla parolun seçilməsi (onun adı, soyadı, doğum günü, telefon
nömrəsi və s.);
- Açar informasiyanın oğurlanması. Pisniyyətli insan istifadəçi tərəfindən yığılmış
parola baxa bilər və yaxud da, istifadəçının klaviatura üzərində əlinin hərəkətini
izləməklə onun yığdığı parolu bərpa edə bilər. Bununla yanaşı açar informasiya
(smart-kart, Touch Memory və başqaları) pisniyyətli insan tərəfindən sadəcə oğurlana
bilər;
- “Zibil qutu”suna atılmışın toplanması. Bir çox əməliyyat sistemlərində istifadəçi
tərəfindən ləğv edilmiş informasiya fiziki olaraq ləğv olunmur, sadəcə olaraq “Zibil
əldə edir. Adətən belə hallar proqramı işə salarkən başqa istifadəçinin adından istifadə
etdikdə baş verir;
- Proqrama qoşulma. Əməliyyat sistemlərində istifadə olunan proqrama qoşulma digər
proqrama qoşulmalar sinifindən fərqlənmir;
- Proqrama acgözlük. Bu proqram kompüterin bəzi resurslarını ələ keçirə bilir,
nəticədə digər proqramlar ya yerinə yetirilə bilmirlər, ya da ki, ağır sürətlə yerinə
yetirilirlər. Acgöz proqramın işə salınması məhvə gətirib çıxarır.
Əməliyyat sistemi o vaxt müdafiə olunan sayılır ki, o kanardan edilən müxtəlif sinif
hücumları dəff edə biləcək vasitələrdən istifadə edə bilsin. Müdafiə olunan əməliyyat
sistemi mütləq şəkildə istifadəçinin onun resurslarına əlçatanlıq etməsinə
məhdudiyyət qoyan vasitələrə malik olmalıdır. Bununla yanaşı əməliyyat sistemində
istifadəçinin həqiqiliyini yoxlaya biləcək vəsaitdə olmalıdır.
Əməliyyat sistemi
təsadüfi təsirlərə və ya onun işini pozacaq (işdən çıxara biləcək) hallara da hazır
olmalıdır.
Bəzən elə olur ki, əməliyyat sistemi bütün baş verə biləcək hədələrdən deyil, onlardan
bəzilərindən müdafiə olunur. Belə olan halda əməliyyat sistemi qismən müdafiə
olunan əməliyyat sistemi adlandırılır.
Windows Brandmouer - Microsoft Windows əməliyyat sisteminin təqdim etdiyi
təhkükəsizlik xidmətidir. Brandmouer Windows komplektinə daxildir və sistem təzə
yükləndikdə aktiv rejimdə olur. İlk dəfə Windows XP SP2 versiyasında buraxılmışdır.
Brandmauer özündə kompleks şəkildə proqram təminatı cəmləşdirir ki, bu da
kompüterə internetdən və lokal şəbəkədən daxil olan bütün məlumatları yoxlayır,
proqramın parametrindən asılı olaraq bəzi məlumatları kompüterə buraxır, bəzilərinə
isə qadağa qoyur. Brandmouer antivirus proqramlarından fərqli olaraq kompüterə
müdaxiləni də bloklaşdırır. Brandmouer ilə yanaşı antivirus proqramlarının da olması
zəruridir.
Dostları ilə paylaş: