açıq və demək olar ki, pulsuz əməliyyat sistemidir. Lakin, GNU layihəsi çərçivəsində
proqram təminatı olmasaydı bu baş verməyəcəkdi. Linux – GNU-nun çoxlu utilitlərini
özündə saxlayır: bir çox proqramlaşdırma dillərinin (C, C++, Fortran, Pascal, LISP,
Ada, BASIC,
SmallTalk, Perl, PHP və s.) translatorları, mətn redaktorları, çap
utilitləri və başqaları. GNU layihəsi azad yayılan proqram təminatı fondunun - Free
Software Foundation (FSF) hesabına inkişaf edir.
Linux – Unixin analoqudur. Unix kimi o da azad yayılan çoxməsələli, çoxistifadəçili
ƏS-dir. Linux xüsusi olaraq, Intel prosessorlu fərdi kompüter platforması üçün
hazırlanmışdır və arxitekturanın üstünlükləri sayəsində məhsuldarlığın artırılmasına
imkan verir. Həmçinin, Linux digər platformalara da keçdi.
Linux-un nüvəsi. Nüvə - əməliyyat sisteminin əsasıdır. O, yaddaşın paylanması,
proseslərin və periferiya qurğularının idarə olunmasına cavab verir. Linuxun nüvəsi
FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun öz fayl
sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
Linux - GNU utilitlərini özündə saxlayır. Bu utilitlər olmadan ƏS-i ilə işləmək
mümkün deyil.
Linuxda istifadəçinin qrafik interfeysi X Window vasitəsilə verilir. Müxtəlif pəncərə
şəklində menecerlər (IceWM, WindowMaker, Fluxbox və s.),
KDE və GNOME kimi
qrafik vasitələr multimedia vasitələri ilə rahat işləməyə imkan verir.
Linux fərdi kompüterlər üçün yaradıldığından proqramçılar hesab edirlər ki,
MS-DOS
proqramları ilə uyğunluq yaratmaq olar. Linuxda distributivin bir hissəsi kimi DOS
emulatoru təklif olunur. O, Linux vasitəsi ilə birbaşa olaraq DOS proqramını yerinə
yetirməyə imkan verir. Microsoft Windowsun proqramlarının işləməsi üçün bir neçə
vasitə hazırlanmışdır. Onlardan ən çox tanınanı Wine-dır. Wine – Windows API-ın
sərbəst realizə edilməsidir. Wine,
həmçinin, Linuxun distributivlərinin çoxunda var.
Linux – DOS və Windows fayl sistemləri arasında faylların problemsiz ötürülməsinə
icazə verir. Belə ki, bunu sərt diskin uyğun bölmələrinə müraciət etməklə həyata
keçirir. Lakin, bu zaman bəzi tənzimləmələr etmək lazımdır.
TCP/IP – Unix və Linuxun istifadə etdiyi əsas şəbəkə sistemidir. TCP/IP – internet
üçün hazırlanmış protokollar yığımıdır. Yalnız lokal şəbəkəyə birləşmək üçün Unix
maşını da TCP/IP istifadə edir. Həmçinin, Linux IPX/SFX, AppleTalks və s.
bu kimi
protokolları dəstəkləyir.
Dostları ilə paylaş: