mövcuddur. 2012-ci ilin oktyabrında Google-un icraçı direktoru Larri Peyc artıq 500
milyondan çox smartfonun Android sistemində aktivləşdirildiyini və həmçinin bu
sayınhər gün 1.3 milyon daha artdığını bildirdi. 2013-cü il sentyabrın əvvlində isə
artıqdünyada 1 milyarddan çox android cihazın aktivləşdirildiyi elan olundu.
22 oktyabr 2008-ci ildə Google şirkəti Android ƏS üçün “Android Market” adlı
onlayn mağazanın açılışını elan etdi. Razılaşmaya əsasən istehsalçılar gəlirin 70%-ni
mobil operatorlar isə 30%ni alırlar. 2009-cu ilin fevralında ABŞ-dan və Böyük
Britaniyadan olan istehsalçilar üçün mağazaya ödənişli proqramların qoyulması aktiv
oldu. İlk dəfə olaraq Sony Ericson şirkəti Android Market onlayn mağazasında kanal
açaraq öz oyunlarını,proqramlarını nümayiş etdirmişdir. Yaradıldığı 2011 dekabr
ayından etibarən Android Marketdən 10 milyarddan çox proqram yüklənilib. 2012-ci
ilin mart ayında Google «Google Books», Android Market, Google Music və digər
servislərin vahid bir servisdə – Google Playdə birləşdirdi. Google Play internet
mağazası 190 ölkədə fəaliyyət göstərir və 700 mindən çox proqramdan ibarətdir.
Yarandığı gündən bu günə kimi mağazadan 25 milyard yükləmə edilmişdir.
Bəzi həvəskar cəmiyyətlər vardır ki, bunlar Androidin modifikasıyası ilə məşğul
olurlar. Bu modifikasiyalara CyanogenMod, MIUI, AOKP (Android Open Kang
Project) və s. göstərmək olar. Modifikasiya Androidə yeni funksiyalar, seçimlər,
tənzimləmələr əlavə etmək üçün edilir. Modifikasiya olunmuş Android yükləmək
üçün smartfon Root (Superuser) səlahiyyətlərinə malik olmalıdır. Qeyd etmək
lazımdır ki düzgün şəkildə yerinə yetirilməyən root əməliyyatı bir çox problemlərə,
həmçinin qurğunun zəmanətinin itirilməsinə səbəb ola bilər.
Dostları ilə paylaş: