Baş zootexnikin vəzifələri. Yeni işə qəbul olunan işçilərə əmək mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimat aparmaq;
- nasaz maşın və mexanizmləri istismara buraxmaq;
- işçilərin sağlamlığına mənfi təsir göstərən işləri istehsalatda qadağan etmək;
- rəhbərlik etdiyi sahələrə əmək mühafizəsi üzrə tədbirlər planını işləyib hazırla-maq;
- heyvanlara qulluq etdikdə və maşın mexanizmlərdən istifadə etdikdə təhlükə-sizlik texnikası və istehsalat sanitariyası məsələləri üzrə direktiv, əsasnamə, təlimat və qanunçuluğun yerinə yetirilməsinə ciddi riayət alunmasını təmin etmək;
- istehsalatla əlaqədar olan bədbəxt hadisələrin səbəblərini tədqiq etmək;
Heyvandarlıqda işçilərin sağlamlığını mühafizə və əmək şəraitinin təhlükəsizli-yini təmin edən tədbirləri həyata keçirməkdən ibarətdir.
Baş aqronomun əmək mühafizəsi üzrə vəzifələri.Kənd təsərrüfatında tərə-vəzin, meyvə ağaclarının, pambığın, taxılın və b. bitkilərin əkilməsinə, səpilmə-sinə, becərilməsinə, dərmanlanmasına, yığılmasına baş aqro-nom rəhbərlik edir.
Baş aqronom görüləcək işin texnologiyasına tələb olunan əmək mühafizəsi sahə-sindəki işlərə məsuliyyət daşıyır. Onun əmək mühəfizəsi üzrə vəzifələri aşağıdakılar-dır:
- kimyəvi maddələr və kübrələrlə işləyərkən təhlükəsizlik qaydalarının öyrədil-məsini təmin etmək;
- işə başlamazdan qabaq işçilərin fərdi mühafizə vasitələri və qoruyucu vasitələr-lə təmin olunmasını yoxlamaq;
- iş yerinin düzgün seçilməsinə, fərdi mühafizə vasitələrinin və xüsusi geyimlə-rin tələbata uyğun saxlanılmasına nəzarət etmək;
- təsərrüfat rəhbəri tərəfindən təyin olunmuş komissiyanın tərkibində olmaqla, kənd təsərrüfatı maşınlarının, traktorların və s. maşınların təhlükəsizlik texnikası tələ-batına uyğun olmasının yoxlanmasında iştirak etmək;
- səpin işlərində tələb olunan təhlükəsizlik texnikası qaydalarına əməl etməkdən ötrü işçilərdən bir nəfərini yazılı sürətdə başçı təyin etmək.
- səpin və şitil basdıran aqreqatlarla işləyən işçilərin təhlükəsizlik texnikası qay-dalarına əməl etmələrinə və bu qaydaları pozan şəxslərə qarşı tədbirlərin görülməsinə nəzarət etmək;
- bitkilərin xəstəliklərinin aradan qaldırılması və ziyanvericilərin məhv edilməsi üçün lazım olan zəhərli kimyəvi maddələrdən düzgün istifadə edilməsini təmin et-mək;
- işçilərin həyatını təhlükə qarşısında qoyan istehsalat işlərini dayandırıb təcili tədbir görmək;
- öz sahəsinə uyğun olaraq işçilərə təkrar və növbədən kənar təlimat verilməsini təşkil etmək və s. ibarətdir.
Baş baytar həkimin vəzifələri.
Heyvandarlıq kompleksində, fermalarda, heyvan kəsmə sexində və süd məntəqə-lərində habelə bunlara müvafiq sahələrdə baytar-sanitar işlərinə nəzarət etmək;
heyvandarlıq işçilərinin, baytar mütəxəssislərin təhlükəsizlik texnikası və is-tehsalat sanitariyası üzrə vaxtaşırı təlimat aparılmasına və biliyinin yoxlanılmasına nəzarət etmək;
yoluxucu xəstəliklərə tutulmuş heyvanlara qulluq işlərində təhlükəsizlik qayda-larına riayət olunmasına nəzarət etmək və s. ibarətdir.