Əmək nıühafizəsi üzrə qanunvericiliyin əsasları
Əmək mühafizəsi Nazirlər kabinetinin, Konstitusiya, əmək haqqıııda qanunlar məcəlləsinin qanunvericilik aktları, Prezident fərmanları, həmçinin xüsusi norma və qaydalar əsasında müəyyən edilir, tənzimlənir və həyata keçirilir.
Əmək mühafizəsinin hüquq məsələləri əmək qanunvericiliyi əsaslarındu müəyyənləşdirilmiş və Əmək Məcəlləsində qüvvəyə minmişdir. Azərbaycanın qüvvədə olan və bəzi dəyişikliklərlə yenidən işlənib hazırlanmış əmə«qanunları məcəlləsi, (ƏQM) əmək mühafizəsi sahəsində əsas qanunvericilik aktıdır. 01.02.99-cu il tarixdə qüvvədən düşmüş və "Əmək Məcəlləsi" qüvvəyə minmişdir.
Burada əmək mühafizəsi işlərinin təşkili normaları, əmək müqavilələrinin nizamlaınması məsələləri, iş vaxtı, istirahət vaxtı və s. üçün konkret normalar müəyyən edilir.
Əmək intizamına riayət etmək, xalq malına qayğı ilə yanaşmaq, həmkaıiar ittifaqlarınm iştirakı ilə dövlət tərəfindən müəyyən olunmuş əmək normalarını yerinə yetirmək bütün işçilərin vəzifəsidir. Əmək hüquqlarını dövlət orqanları, habelə həmkaıiar ittifaqları və digər ictimai təşkilatlar qoruyurlar.
Əıııək nıüqaviləsi
İşçilər əmək hüququnu müəssisədə, idarədə, təşkilatda işləmək haqqında əmək müqaviləsi bağlamaq yolu ilə həyata keçirirlər.
Azərbaycan Respublikasının uƏmək Məcəlləsinin Əmək müqaviləsi bölməsində deyilir ki, əmək müqaviləsi vətəndaşlara dövlət, idarə, müəssisə və təşkilat arasında elə bir sazişdir ki, bu sazişə əsasən vətəndaş daxili intizaın qaydalarına tabe olmaqla öz ixtisasına, sənətinə uyğun işi icra etməyi öhdəsinə götürür. Müəssisənin müdiriyyəti isə vətəndaşa qanunla müəyyən olunmuş qaydada əmək haqqı verməyi, kollektiv miüqavilə və tərəflərin razılığından asılı olaraq nor.mal əmək hüququnun həyata keçirilməsində ən mühüm təminat ənıək nıüqaviləsidir. Dövlət idarə və müəssisəsi əmək müqaviləsi bağlamaq yolu ilə işçi qüvvəsinə olan ehtiyacını ödəyir, müəssisənin normal iş fəaliyyətini təmin edir.
Dostları ilə paylaş: |