Mühazirə Giriş Əmək mühafizəsi əmək prosesində işçilərin təhlükəsizliyini təmin edən, suğlamlığını və işləmə qabiliyyətini quruyub saxlayan qanunvericilik aktlarıdan və ona uyğun olan ictimai-iqtisadi, gigiyenik


İşə qəbul etmə və işdən azad etmə



Yüklə 464,94 Kb.
səhifə4/42
tarix17.05.2023
ölçüsü464,94 Kb.
#114993
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
quliyev əməyin mühafizəsi

İşə qəbul etmə və işdən azad etmə

Fəhlə və qulluqçuların işə qəbul edilməsi idarə, mi'ıəssisə müdiriyyəti, habelə səlahiyyətli şəxslər tərəfindən verilən əmr və sərəncamla rəsmiyyətə salınır. Lakin bir sıra kateqoriyalı işçilər vardır ki, bunların işə qəbulu müvafiq yuxarı orqanlar tərəfindən təsdiq edilir. Məsələn, idarənin, miiəssisənin və təşkilatın baş müətəxəssisi, baş direktoru və s. müəssisə, idarə və təşkilatm tabe olduğu nazirlik, baş idarə və yaxud komitələr tərəfindən təsdiq oluııur.


Bir qayda olaraq işçilər işə qeyri-müəyyən müddətə qəbul olunur. müəssisə rəhbərliyi işə qəbulu həmkarlar ittifaqı komitəsinə bildirlməli və onunla ümumi razılığa gəlməlidir.
Müəssisə rəhbərliyinin işə yeni qəbul olunan şəxslər üçün əmək qanunları məcəlləsinin 47, 48 və 49-cu maddələri əsasında aşağidakı qaydada sınaq müddəti müəyyən etməyə hüququ vardır: fəhlə üçün bir həftə, ixtisassız işçilər üçiin iki həftə, məsul işçilər üçün bir ay; elmi-tədqiqat işçiləri üçün üç ay. Həmin müddətdə işçi vəzifə tələbini ödəmirsə, rəhbəıiiyiıı onu fşdən azad etmək hüququ vardır. Əmək qanunları məcəlləsinin 31-ci maddəsiııə əsasəıı işçinin razılığı olmadan müəssisə rəhbərliyinin onu səbəbsiz başqa işə keçirməsi qadağan edilir.
Lakin müəssisənin daxili intizam qaydaları pozulduqda cəza tədbiri kimi işçi başqa işə keçirilə və ya iiç aya qədər miiddətə həmin işdən azad edilə bilir.
Əmək qanunları məcəlləsinin 59 və 62-ci maddələrinə əsasən dəqiq səbəbi göstərilmək şərtilə, aşağıdakı hallarda müəssisə rəhbərliyinin təşəbbüsü ilə fəhlənin işdən azad edilməsinə və başqa işə keçirilməsinə icazə verilir:
a) müəssisə qismən və ya tamamilə ləğv edildikdə;
b) müəssisədə işinın həcmi azaldıqda (yəni bəzi ştatlar ixtisar olunduqda);
c) istehsalat bir aydan çox miüddətə dayandıqda və s.


Əmək mühafizəsi qaydaları və normaları

Əmək qanunları məcəlləsində əsasən daha ümumi xarakter daşıyan norma və qaydalar verilir. Bunların əsasında isə digər hüquq aktlarında konkret tələblər təsbit olunur. əməyin təhlükəsizliyini artırmaq və sağlamlığını qoruyub saxlamaq sahəsində konkret tələblər, başlıca olaraq, ayrıca nəşr edilən əmək mühafizəsi qaydaları və normaları ilə müəyyən olunur. belə norma və qaydalar təsir dairəsinə görə vahid, sahələrarası və sahələr üzrə olur.


Vahid norma və qaydalar xalq təsərrüfatmm bütün sahələrinə aid olub, əməyin təhlükəsizliyinin əsas tələblərini əhatə edir.
Sahələrarası norma və qaydalar yalnız ayrı-ayrı istehsalat növləri və ya avadanlıq tiplərinə aid olan əmək təhlükəsizliyi tələblərini özündə əks etdirir.
Sahələr üzrə norma və qaydalar bütün ölkə miqyasmda istehsalatın yalnız bir sahəsinə tətbiq edilir və həmin sahə üzrə spesifik olan əmək təhlükəsizliyi tələblərini özündə əks etdirir.
Xalq təsərrüfatının bütün sahələri üçün vahid olan, eləcə də sahələrarası əmək mühafizəsi normaları qaydaları Nazirlər Kabineti tərəfindən, yaxud da onun tapşırığı ilə digər dövlət orqanları tərəfindən Azərbaycan Respublikası həmkaıiar konfederasiyası ilə birlikdə və ya onun razılığı ilə təsdiq olunur. sahələr üzrə əmək mühafizəsi norma və qaydaları isə nazirliklər, idarələr, dövlət nəzarəti orqanları tərəfindən müvafiq həmkarlar ittifaqlarının konfedrasının ilə birlikdə və ya onun razılığı ilə təsdiq edilir.
Əmək şəraitinin təhlükəsizliyini artırmaq üçün əmək mühafizəsi norma və qaydalarından əlavə bir çox standartları da vardır.
Dövlət Standartları (DÜİST) ilə yanaşı, bunların əsasında vahid formada sahə staııdartları (SST), respublika standartları (RST) və birliklər, müəssisələr standartları və ya yeni standartlar (YST) hazırlanır.
Bunlardan əlavə şəhərlərin və yaşayış məntəqələrinin, müəssisələrin, binaların, qurğularm, konstruksiyaların layihələndirilməsinə və tikilməsinə verilən əsas tələbləri müəyyən edən "Tikinti norma və qaydaları" (TN və Q); sənaye müəssisələrinin layihələndirilməsinə, rekonstruksya olunmasına və istismarına verilən sanitariya tələblərini müəyyən edən "Sənaye müəssisələrinin layihələndirilməsinin sanitariya normaları" (SN 245-81); elektrik qurğülarına və avadanlıqlarına qoyulan tələbləri müəyyən edən "Elektrik qurğularının quruluş qaydaları" (EQQQ) və s. kimi ümumittifaq standartlarından da istifadə edilir.



Yüklə 464,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin