Əmək Məcəlləsinə uyğun olaraq, əmək qanunvericiliyinə və əməyin mühafizəsi qaydalanna riayət edilməsinə göz yetirməsini və nəzarət edilməsini aşağidakılar həyata keçirirlər:
1) Özünün fəaliyyətində ınüəssisələrin, idarələrin, təşkilatlarm və onların yuxarı orqanlarınm müdiriyyətindən asılı olmayan dövlət orqaııları və müfəttişləri:
2) Həmkarlar ittifaqları, habelə onlarm tabeliyində olub əınək məsələlərinə baxan texiki və hüquqi əmək müfəttişlikləri;
3) İcra orqanları;
4) Mıivafiq nazirliklər və idarələr.
Əmək qanunlarına dürüst riayət olunması üzərində ali nəzarət Baş prokurora həvalə edilmişdir.
Əməyin mühafizəsinə nəzarət edən dövlət orqanları aşağıdakılardır:
a) Nazirlər Kabineti yanında sənayedə işlərin təhlükəsiz aparılmasına nəzarət;
b) Energetika və Elektrikləşdirınə Nazirliyinin Dövlət Energeiika Nəzarəti;
c) Səhiyyə Nazirliyinin Dövlət Sanitariya Nəzarəti;
d) Daxili İşlər Nazirliyinin Döviət yanğın nəzarəti.
Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi və onun yeıii orqanları öz fəaliyyətini bu komitə haqqındakı əsasııaməyə uyğun olaraq həyata keçirirlər. Bu komitə filiz- mədən, neftçıxarma, qazçıxarma, kimya, habelə yükqaldırıcı qurğularda, təzyiq altında işləyən qazan qurğularında, buxar və isti su boru kəmərlərində, qazın istehsalı, nəql edilməsi və saxlanması işlərində, partlayış işlərində və s. əmək mühafızəsi qanunlarmın düzgün yerinə yetirilməsinə nəzarət edir.
Elektrik qurğularına və istilikdən istifadə edən qurğulara təhlükəsiz xidmət göstərilməsini təmin edən tədbiıiər üzərində dövlət nəzarətini dövlət energetika nəzarəti haqqında Əsasnaməyə uyğun olaraq, Energetika və Elektrikləşdirmə Naziıiiyinin dö.vlət energetika nəzarəti sisteminin orqanları hoyata keçiriıiər.
Miiəssisələrin sanitariya-gigiyeııa ııorma və qaydalarına riayət etrnəsi üzərində dövlət nozarətini dövlət sanitariya nəzarəti haqqında Əsasnamoyə uyğun olaraq, sohiyyə nazirliyinin sanitariya-epidemiologiya orqanları və idarələri həyata keçiriıiər.
Dövlət yanğın nəzarəti layihələndirilən və rekonstruksiya olunan müxtəlif təyinatlı obyektlər üçün yanğına qarşı normalar, qaydalar, texniki şərtlər işləyib hazuiayır və müəssisəiərdə yanğın normalarına, qaydalarına əməl olunmasına nəzarət edir.
Əmək şərtinə nəzarət və rəhbərlik işində həmkarlar ittifaqlarının texniki müfəttişliklərinin böyük hüquqları vardır. Əməyin təhlükəsizliyi, istehsalat sanitariyasının vəziyyəti və əmək qanunvericiliyinin qorunmasına dövlət nəzarəti həmin müfəttişliyə həvalə olunmuşdur.
Texniki müfəttiş ıııüəyyən bir istehsal sahəsinə təhkim olunur və sağlam əmək şəraiti yaradılmasına, təhlükəsizlik texnikası, istesalat sanitariyası normalarına əməl olunmasıııa rəhbərlik edir.
Əmək qanunvericiliyinə və əməyin mühafizəsi qaydalarına riayət olunması üzərində əictimai nəzarəti həmkarlar ittifaqının fabrik, zavod yerli komitəsiniıı ictimai müfəttişləri və komissiyaları tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun olaraq həyata keçirirlər.
Əmək qanunvericiliyinin və əməyin mühafizəsi qaydalarınm pozulmasmda, kollektiv müqavilələr və əməyin mühafizəsinə dair sazişlər üzrə təəhhüdlərin yerinə yetirilməsində və ya həmkarlar ittifaqının fəaliyyətinə maneçilik törədilməsində müqəssir olan vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən qaydada məsuliyyətlər daşıyırlar. Bu məsuliyyətlərin aşağıdakı növləri vardır:
1) İntizam məsuliyyəti;
2) İnzibati məsuliyyət;
3) Cinayət məsuliyyəti.