Mühazirə Giriş Əmək mühafizəsi əmək prosesində işçilərin təhlükəsizliyini təmin edən, suğlamlığını və işləmə qabiliyyətini quruyub saxlayan qanunvericilik aktlarıdan və ona uyğun olan ictimai-iqtisadi, gigiyenik



Yüklə 464,94 Kb.
səhifə3/42
tarix17.05.2023
ölçüsü464,94 Kb.
#114993
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
quliyev əməyin mühafizəsi

İş vaxtı və istirahət müddəti

İş vaxtı işçilərin işə başladığı andan qanun üzrə müəyyən edilmiş vaxt ərzində ona tapşırılan işi yerinə yetirməyə sərf etdiyi vaxtdır. İş vaxtı, ümumiyyətlə, iş günü və iş həftəsi ilə müəyyən olunur. təqvim həftəsindəki faktiki iş saatlarının miqdarına iş həftəsi deyilir.


Hazırda bütün müəssisələrdə iş həftəsi 40 saatdan artıq olmamalıdır. Bu müddət 15-16 yaşlı yeniyetmələr üçün 24 saat, 16-18 yaşlı fəhlə və qulluqçular üçün 36 saat müəyyən edilir.
Zərəli iş şəraitində çalışan işçilər üçün həftəlik iş müddətiniıı 36 saatdan artıq olmasına icazə verilmir.
İşçilər üçün iki istirahət günlü beş günlük iş həftəsi təsdiq olunmuşdur. İş gününün miüddəti müəssisənin daxili əmək qaydalarından, növbə qrafik.indən asılı olaraq idarə rəhbərliyi və həmkaıiar komitəsi tərəfindəıı birlikdə, mövcud normalara əsasən müəyyən edilir.
İstehsalatın xarakteri və şəraiti beşgünlük iş həftəsinə keçməyə imkan vermədikdə, bir istirahət günü olan altıgünlük iş həftəsindən istifadə edilir. Həftəlik norma 40 saat olduqda gündəlik iş müddəti 7 saatdan, 'həftəlikk norma 36 saat olduqda 6 saatdan, həftəlik norma 24 saat olduqda isə 4 saatdan artıq ola bilməz.
Bəzi hallarda iş vaxtından artıq işləmək lazım gəlir ki, bu da əmək qanunları məcəlləsinin 99-100-cü maddələrinə əsasən izamlanır. Belə işlər yaşı 18-dəıı yuxarı olan fəhlə və qulluqçu üçün dalbadal iki gün ərzində dörd saatdan və ildə 120 saatdan çox ola bilməz.
İş vaxtmdan əlavə işlər yalnız əvvəlcədən həmkarlar ittifaqı komitəsinin icazəsi ilə görülməli və müvafıq qaydada sənədləşdirilməlidir. Yaşı 18-ə qədər olan şəxslər, hamilə qadınlar, südəmər uşağı olan analar, habelə bir yaşınadək uşağı olan qadınlar iş vaxtından artıq işlərə buraxılmır.
İstirahət vaxtı işçinin ona tapşırılan işi yerinə yetirməkdən azad edildiyi, həmin vaxtdan istədiyi kimi istifadə etməyə ixtiyarı olduğu vaxtdır.
Mövcud əmək qanunlarına əsasən zəhmətkeşlərə - nahar fasiləsi, ııövbələrarası fasilə, həftələrarası istirahət, bayram günləri, illik məzuniyyət, qısa miiddətli fasilələr kimi istirahət vaxtları verilir. Bütün fəlıiə və qulluqçular iş yeri, vəzifəsi və maaşı saxlanılmaqla hər il məzuniyyət hüququna malikdirlər. Məzuniyyət növbəsi həmkarlar ittifaqı komitəsinin razılığı ilə müdiriyyət tərəfındən tərtib olunur.



Yüklə 464,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin