İşıq diodu
İşləmə prinsipi – ventil fotoeffektinin əksi: əgər p-n keçidindən cərəyan buraxmış olsaq, şüalanma yaranacaq.
İşığın generasiyası, p- və n- oblastlarının sərhədində elektron və deşiklərin rekombinasiyası zamanı yaranan enerji hesabına baş verir.
Kvantların enerjisinin qiyməti, qadağan zonasının enindən asılıdır. Qadağan zonasının eninin 1,7 –dən 3,4 eV qiymətlərində, şüalanan kvantların enerjisi dalğa uzunluğu 400-dən 700 nm olan görünən işıq diapazonuna uyğun gəlir. Şüalanan işıq bütün istiqamətlərdə yayılır. Şüalnmanı fokuslaşdırmaq üçün plastik linzalardan istifadə olunur.
a –linza
b –işıq şüalandıran kristal
d –korpus
с –istilik ötürücüsü
İşıq diodunun şüalandırdığı işıq qeyri-monoxromatik olub, yarımkeçiricinin tərkibindən asılıdır. Ağ işıq almaq üçün RQB texnalogiyasından istifadə edərək, rənglərin qarışığından istifadə olunur :
hər hansı bir matrisdə kip yerləşdirilmiş qırmızı, mavi və yaşıl rəngli işıq diodlarının şüalanmaları , optik sistemlər vasitəsilə, məs., linza ilə qarışdırılır və nəticədə ağ işıq alınır.
İşıq diodlarının üstünlükləri:
kompanentləri yoxdur;
yüksək mexaniki möhkəmdir – vibrasiyaya davamlı;
İşıq diodlarına gərginlik verməklə onların tez qoşulması, onların praktik olaraq
yüksək tezliklə qoşulub –açılmasına imkan verir;
spektrinin bütün rənglərinin alınmasına imkan yaradır;
işıq diodlarının kiçik ölçülü və kompakt olması
Çatışmazlıqları:
baha qiymətə başa gəlməsi
işığın spektral diapazonunun ensiz olması ( bu ətrafın işıqlandırılmasına imkan vermir)
Cərəyan mütləq stabilləşmiş olmalıdır ( xarakteristik əyrisini kəskin olmasından irəli gəlir)
Dostları ilə paylaş: |