Standart lokal şəbəkələr Standart lokal şəbəkələrə
Ethernet
Fast Ethernet
Token Ring
FDDI
100 VG-AnyLAN
ArcNet
texnologiyaları əsasında qurulan şəbəkələri misal göstərmək olar.
Ethernet şəbəkəsində şin topologiyası istifadə olunur. 1985-ci ildə Ethernet texnologiyasını IEEE (Institute of Electrical and Electronics Engineers) və ECMA kimi beynəlxalq təşkilatlar qəbul etmişdir.
Bu standartın əsas xarakteristikaları aşağıdakılardır:
topologiya – şin;
ötürmə mühiti – koaksial kabel;
ötürmə sürəti – 10 Mbit/s;
şəbəkə seqmentinin uzunluğu- 500 m qədər;
bir seqmentdəki istifadəçilərin sayı – 100-ə qədər.
Token Ring
Bu şəbəkə Ethernet və digər şəbəkə texnologiyaları ilə ümumi xassələrə malikdir.
Token Ring lokal şəbəkəsində informasiyanı ötürmək üçün markerdən (token) istifadə edilir. Marker içərisində yalnız xidməti məlumatlar olan bir paketdir. Markeri alan kompüter kanalı tutmuş hesab olunur, yəni öz informasiyasını göndərə bilər. İnformasiya paketlər şəklində göndərilir.
FDDİ İkiqat halqadan ibarət olan bu texnologiya köhnə texnologiyalardan sayılır. 100 Mbit/san ötürmə sürətinə malik olan texnologiyada fiberoptik kabellərdən istifadə olunmuşdur.
100 VG AnyLAN Bu texnologiya adından da göründüyü kimi 100 Mbit/san sürətə malikdir və genişlənmə imkanı olan ulduz topologiyasından istifadə olunmuşdur. Sürətinin çoxluğuna və avadanlığının ucuzluğuna görə sərfəli texnologiyalardan hesab edilir. İEEE 802.1 standartına uyğunlaşdırılmışdır.
ARCNet
ARCNet(Attached Resource Computer NETwork) lokal şəbəkənin sadə, ucuz, etibarlı və kifayət qədər qıvraq arxitekturasıdır. Ötürücü mühit kimi burulmuş cüt, koaksial və optik-lifli kabellərdən istifadə edilir. Verilənlərin ötürülmə sürəti 2,5 Mbit/s-dir. ARCNet şəbəkəyə qurğuların qoşulmasında şin və ulduz topologiyalarının xüsusiyyətlərindən istifadə edilir.
Qlobal şəbəkə texnologiyalarından isə X.25, Frame Relay, ATM və s. adını çəkmək olar.