Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri



Yüklə 2,49 Mb.
səhifə21/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Repeater(Təkrarlayan)- Şəbəkə seqmentlərini birləşdirir. Gələn siqnalı gücləndirərək digər şəbəkəyə ötürür.
Şəbəkə keçidi- şlüz [gateway]. Şəbəkə keçidi, yaxud şlüz müxtəlif tipli şəbəkələr arasında informasiya mübadiləsini gerçəkləşdirmək üçün birləşdirici qurğudur. Eynitipli şəbəkələr arasında mübadilə zamanı informasiyanı çevirən körpüdən fərqli olaraq, şlüz verilənləri ötürməklə yanaşı, həm də onların formatını təyinat şəbəkəsinin protokoluna uyğunlaşdırır. Müxtəlif protokollu şəbəkələri əlaqələndirən qurğudur.
Yönləndirici(Marşrutlayıcı) [router]. Yönləndirici yol polisinə bənzəyir: bu ağıllı qurğu şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yol polisi kimi, yönləndirici də paketləri alternativ yollara istiqamətləndirə bilər. Router-lər müxtəlif topologiyalı və protokollu şəbəkələri bir birilə birləşdirir. Bəzən istifadəçilər tərəfindən switch-lə qarışdırıla bilir. Router internet üçün, switch isə lokal şəbəkə üçün istifadə olunur. Bununla belə, router İP ünvanları ilə işləyir, onları yadda saxlayaraq paketləri uyğun kompüterlərə göndərir, switch isə yerli şəbəkə ilə işlədiyindən İP ünvanları tanımır, cihazların MAC ünvanlarını yadda saxlayaraq informasiyanı lokal şəbəkədə istiqamətləndirir. Modem və router hər ikisi internet üçün istifadə olunduğundan bəzən istifadəçilər tərəfindən bu iki qurğu da qarışdırıla bilir, lakin bunlar tamamilə fərqli qurğulardır. İnternetə qoşularkən modemin olması vacibdir. Onun funksiyası siqnallaqı modulyasiya və demodulyasiya etməkdir. Ancaq internet xətti çəkilərkən modem vasitəsilə sadəcə 1 İP adresi verilmiş olur, yəni yalnız 1 qurğu internetə daxil ola bilir. Router isə bu interneti bir neçə kompüter arasında paylaşdırır. Router-lə modem bir birinə bağlı qurğulardır. Bugün evimizdə istifadə etdiyimiz modemlər əslində “2-si 1-də” qurğulardır, yəni modem və router 1 qurğuda birləşdirilmişdir.

Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin