Birranqlı şəbəkələrdə bütün kompüterlər eyni hüquqa malik olur. Server əsasında qurulanşəbəkələrdə isə mürəkkəb kabel birləşmələrindən istifadə edilir və şəbəkənin idarə olunması server tərəfindən həyata keçirilir. Kompüter şəbəkələrində istifadə olunan kabellər Kompüter şəbəkələrində 3 növ kabeldən istifadə edilir:
Burulmuş cüt Burulmuş naqillər cütü burulmuş cüt (Twisted Pair cable və ya ТР)
adlanır. Burulmuş cütün bir çox növləri mövcuddur: qorunmayan
burulmuş cüt (UTP - Unshielded Twisted Pair), folqalı burulmuş
cüt (F/UTP) və s. UTP tipli kabellərdə 4 cüt naqil olur. Bu kabellərin
qoşulması üçün RJ-45 ucluqlarından istifadə olunur. Ulduz və halqavari topologiyalardan bu kabellərdən istifadə olunur. Bu kabellərin 2 növü olur:
ekranlaşmış;
ekranlaşmamış.
Koaksial kabel Koaksial kabel mərkəzi naqil və metal hörgüdən ibarət, bir-
birindən dielektrik qatı ilə ayrılmış və ümumi xarici örtükdə
yerləşdirilmiş elektrik kabeldir.
Koaksial kabel əsasən şin topologiyalı şəbəkələrdə istifadə olunur. Koaksikal kabelin əsas üstünlüyü- təkrarlayıcılardan istifadə etmədən uzaq məsafədə yüksək ötürmə qabiliyyətinin dəstəklənmə imkanıdır. Mənfi cəhəti isə onun qiyməti və ölçüsüdür. Bu kabellərin də 2 növü vardır:
Optik-lifli (Fiber-Optik) kabel Bu kabel prinsipcə elektrik və mis kabellərdən fərqlənir. Bu kabeldə
informasiya elektrik siqnalları ilə deyil, işıq siqnalı vasitəsilə ötürülür. Fiber-optik kabel informasiyanı çox böyük sürətlə ötürmək qabiliyyətinə malikdir. Bu kabellər əsasən halqavari və ulduzvari topologiyalı şəbəkələrdə istifadə olunur. Fiberoptik kabellərin 2 növü fərqləndirilir :