4. Təhdidlərin və cinayətkar əməllərin lokallaşdırılması tədbirləri. Fəaliyyətdə olan təhdidlərin və cinayətkar əməllərin aradan qaldırılmasına yönəlmiş tədbirlərdir.
5. Təhdidlərin və ya konkret cinayətkar əməllərin ləğv edilməsi. Təhdidlərin və cinayətkar əməllərin nəticələrinin ləğv edilməsi, onlar baş verənə qədər mövcud olmuş vəziyyətin bərpa olunması məqsədilə həyata keçirilən tədbirlərdir.
Kompüter şəbəkələri Kompüter şəbəkəsi, öz aralarında hər hansı qayda ilə birləşdirilmiş kompü terlər qrupudur. Daha geniş anlamda bu, radio, yaxud televiziya şəbəkəsinə oxşayır. Ancaq tele -şəbəkələrdə bir informasiya eyni vaxtda bütün qəbuledicilərə verilir (belə şəbəkə verici şəbəkə adlanır) Kompüter şəbəkələrində isə hər bir məlumat, adətən, ünvanlı, yəni müəyyən bir kompüterə yönəldilir. Televiziya şəbəkələrindən fərqli olaraq kompüter şəbəkələri həmişə iki istiqamətlidir: A kompüteri B kompüterinə məlumat göndərirsə, B kompüteri də A kompüterinə cavab göndərə bilər.
İnsanların əksəriyyəti şəbəkə dedikdə, kifayət qədər qarmaqarışıq bir şey təsəvvür edir. Ancaq şəbəkələr elə də mürəkkəb deyil. Əslində şəbəkə [network], sadəcə, bir-birinə bağlanmış iki, yaxud daha çox kompüterdən ibarət qrupdur. Şəbəkənin ölçüləri böyüdükcə, ora daha çox qurğular qoşulduqca, onun quraşdırılması və idarə olunması texniki bir işə çevrilir. Şəbəkə anlayışı və terminologiyası şəbəkənin ölçülərindən asılı olmayaraq, əsasən eyni qalır.
Kompüterlərarası məsafəyə görə şəbəkələr iki yerə ayrılır : Lokal( Yerli, LAN), qlobal( genişzolaqlı, WAN)
Local Area Network(LAN) Bir-birinə yaxın məsafədə (bir və ya bir neçə binada) yerləşən kompüterlərin xüsusi kabellərin və idarəedici proqramların köməyi ilə birləşməsi lokal şəbəkə adlanır. Bu şəbəkədə kompüterlərarası məsafə qısa olur( 1-2 km-ə qədər və bəzən də biraz çox).
Lokal Kompüter Şəbəkələrinin topologiyaları Lokal şəbəkələr kompüterlərin qarşılıqlı faəliyyət üsuluna görə iki yerə bölünürlər: