Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri


İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlər sistemi



Yüklə 2,49 Mb.
səhifə16/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlər sistemi
Ümumi halda, informasiyanın qorunmasının məqsədi informasiya resurslarına qarşı hüquqazidd hərəkətlərin, o cümlədən məxfı informasiyanın açılmasının, yayılmasının və sızmasının qarşısıın alınması, məxfi informasiya mənbələrinə icazəsiz girişə yol verilməməsi, məxfılik rejiminə riayət olunması, informasiyanın bütövlüyünün (tamlığının), dolğunluğunun, ona icazəli girişin, eləcə də müəlliflik hüququnun təmin edilməsindən ibarətdir. 
Qeyd olunduğu kimi, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün konkret təşkilati, təşkilati-texniki, texniki hərəkət və tədbirlər planlaşdırılır və həyata keçirilir. 
Qorunan obyektlərin əsas xarakteristikalarına və növlərinə görə qoruma mexanizmlərini aşağıdakı kimi təsnif etmək olar: 

  • əhatə dairəsinə görə

    • ərazinin qorunması;

    • binaların qorunması;

    • ayrı-ayrı otaqların qorunması;

    • avadanlıqların, texniki vəsaitlərin və sistemlərin konkret növünün qorunması;

    • ayrı–ayrı komponentlərin qorunması.

  • qoruma tədbirlərinin yönəldiyi obyektlərin növünə görə

    • personalın qorunması;

    • maddi vəsaitlərin qorunması;

    • maliyyə vəsaitlərinin qorunması;

    • informasiya ehtiyatlarının qorunması.

  • təhlükələrə qarşı mübarizə üsullarına görə

    • təhlükələrin qarşısının alınması;

    • təhlükələrin aşkar edilməsi;

    • təhlükələrin müəyyən edilməsi;

    • təhlükələrin aradan qaldırılması;

    • təhlükələrin nəticələrinin aradan qaldırılması və vəziyyətin bərpa edilməsi.

  • istifadə olunan tədbirlərin növünə görə

    • hüquqi tədbirlər;

    • təşkilati tədbirlər;

    • mühəndis-texniki tədbirlər. 

KSŞ-də zəmanətli informasiya təhlükəsizliyi müfəssəl surətdə işlənib hazırlanan və planlı şəkildə həyata keçirilən tədbirlər sistemi vasitəsilə təmin oluna bilər. Tədbirlər sistemi təhlükələrə qarşı mübarizə üzrə hər bir mərhələdə bütün zəruri tədbirləri özündə birləşdirməlidir: 



Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin