Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri



Yüklə 2,49 Mb.
səhifə45/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

Vaksinlər, yaxud immunizatorlar – rezident proqram olmaqla, bir çox virusları vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır.

Qeyd olunmalıdır ki, antivirus proqramlarının inkişafı, adətən, virus proqramlarının yaranması və yayılması sürətindən geri qalır. Belə ki, mövcud antivirus proqramları məlum olan virusların sistemdə yayılmasının qarşısını ala, onları məhv edə və proqramları bu viruslardan təmizləyə bilir. Lakin tamamilə yeni yaranmış virusu tanımaq və onun qarşısını almaq üçün yeni antivirus proqramının yaradılması və ya mövcud antivirus proqramında yeni virus haqqında məlumatın nəzərə almması tələb olunur.
Müasir antivirus proqramlarının funksiyalarına aşağıdakılar aid edilir:

  • müəyyən edilmiş vaxtlarda yaddaşın və disklərin məzmununun yoxlanması;

  • rezident modulların köməyi ilə real vaxt rejimində kompüterin əməli yaddaşının, eləcə də yazılan və oxunan faylların yoxlanılması;

  • atributları (ölçüsü, dəyişdirilmə tarixi, nəzarət cəmi və s.) dəyişmiş olan fayların seçim yolu ilə yoxlanılması;

  • arxiv faylların yoxlanılması;

  • kompüter virusları üçün xarakterik olan davranışların tanınması (müəyyən edilməsi);

  • sistem inzibatçısının kompüterindən uzaq məsafədən antivirus proqramlarının quraşdırılması, sazlanması və idarə edilməsi;

  • virus hücumları ilə bağlı hadisələr haqqında elektron poçtu, peycer və digər yollarla şəbəkə inzibatçısına xəbər verilməsi;

  • korporativ şəbəkəyə qoşulan kompüterlərin məcburi yoxlanması;

  • antivirus proqram təminatının və viruslar haqqında məlumat bazasının uzaq məsafədən yeniləşdirilməsi, eləcə də viruslar üzrə məlumat bazalarının İnternet vasitəsilə təzələnməsi;

  • SMTP, FTP, HTTP və s. protokollar vasitəsilə ötürülən və ya alınan fayllarda, o cümlədən proqramlarda, sənədlərdə və s. mümkün virusların aşkarlanması məqsədilə İnternet trafikin süzgəcdən keçirilməsi;

  • potensial təhlükəli Java-apletlərin və ActiveX modulların aşkarlanması;

  • müxtəlif server və müştəri platformalarında, eləcə də korporativ şəbəkələrdə fəaliyyət göstərilməsi;

  • antivirus qorunması üzrə hadisələr barədə məlumatları özündə saxlayan protokolların (jumalların) aparılması.

Qeyd etmək lazımdır ki, kompüter viruslarının hücumlarından qorunmaq üçün ən yaxşı vasitə ona yoluxmanın qarşısının alınmasıdır. Viruslara yoluxmanın qarşısının alınması üçün aşağıdakı tövsiyələri diqqət mərkəzində saxlamaq lazımdır:

  • antivirus proqram təminatını istehsalçılar tərəfindən müəyyən edilmiş şəkildə quraşdırmalı;

  • yalnız lisenziyalaşdırılmış proqram təminatından istifadə etməli;

  • istifadəçinin sistemdə quraşdıra biləcəyi proqramların (IRC, ICQ, Chat və s.) sayını minimuma endimıəli;

  • istifadə olunan proqram təminatında məlum zəif yerləri aradan qaldırmalı;

  • disketlərin, CD, DVD və digər informasiya daşıyıcılarının istifadəsinə nəzarət etməli, kənardan bu daşıyıcılar vasitəsilə hər hansı informasiya gətirildikdə istifadə etməzdən qabaq antivirus proqramları vasitəsilə onları yoxlamalı;

  • elektron poçtu vasitəsilə daxil olmuş müəllifı bəlli olmayan, eləcə də müəllifi tanış olan əlavə sənəd, fayl və ya proqram qoşulmuş məktubları antivirus proqramı ilə yoxlamadan açmamalı;

  • sənədlərin emalını həyata keçirən proqram əlavələrinin təhlükəsizliyi siyasətini işləyib hazırlamalı.

Hazırda bir çox məşhur antivirus proqramları geniş yayılmışdır və kompüter istifadəçiləri tərəfındən müvəffəqiyyətlə istifadə olunur. Bunlara Symantec AntiVirus, Norton AntiVirus, DrWeb, Kasperski AVP, ADinf, Aidstest və s. nümunə göstərmək olar.
Bütün antiviruslar mövcud viruslar haqqında məlumatları özündə saxlayan bazaya malik olurlar. Viruslar peyda olduqca, onlar haqqında məlumatlar da həmin bazalara daxil edilir. Bu baxımdan hər bir antivirus proqramını kompüterdə və ya kompüter şəbəkəsində quraşdırarkən mövcud viruslar haqqında onun ən son bazasını əldə etmək lazımdır. Belə ki, yeni viruslar barədə məlumat bazada olmasa, onda antivirus proqramları həmin virusları zərərsizləşdirə bilməz. Əksər antivirus proqramları öz bazalarını İnternet vasitəsilə avtomatik olaraq yeniləşdirirlər.


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin