İnformasiyanın qorunmasının aparat vasitələri
Qorumanın aparat vasitələrinin məqsədi fəaliyyət sahəsində istifadə olunan texniki vasitələrlə məxfi informasiyanın yayılması və sızması, eləcə də ona icazəsiz girişin əldə olunması təhlükələrindən qorunmasıdır.
İnformasiyamn qorunmasının aparat vasitələri informasiya təhlükəsizliyinin təmin edilməsi vasitələri kimi KSŞ–də tətbiq olunan müasir kompüter texnikasının, texniki qurğuların və kommunikasiya vasitələrinin tərkibinə daxil edilir. KSŞ-nin, o cümlədən təhlükəsizlik sisteminin komponentlərinə, eləcə də onların saxlandığı yerə kənar şəxslərin bilavasitə girişi və müdaxiləsi hallarının qarşısını almaq üçün tətbiq edilən müxtəlif təyinatlı mexaniki, elektrik, elektromexaniki, elektron, elektron-optiki, radio və radiolokasiya texnologiyalarına əsaslanan qurğular, sistemlər və avadanlıqlar və s. informasiyanın qorunmasının aparat vasitələrinə aid edilir.
Aparat vasitələri, bir qayda olaraq, aşağıdakı məsələlərin həll edilməsi üçün tətbiq olunur:
informasiyanın sızmasının mümkün kanallarının aşkar edilməsi məqsədilə texniki vasitələrin xüsusi yoxlanmasının həyata keçirilməsi;
müxtəlif obyektlərdə, otaqlarda və binalarda informasiyanın sızması kanallarının aşkarlanması;
informasiyanın sızması kanallarının yerinin lokallaşdırılması;
sənaye casusluğu vasitələrinin axtarılması və tapılması;
məxfi informasiya mənbələrinə icazəsiz girişin və digər hüquqazidd və ziyankar hərəkətlərin qarşısının alınması.
Göstərilən məsələlərin tələb olunan səviyyədə həll edilməsi üçün audio, video müşahidələr və şəkilçəkmə, optik, lazer, yüksəktezlikli və radiolokasiya sistemlərinin, akustik və təsbitedici qurğular, identifikasiya kartları, fıziki əlamətlərə görə identifikasiya edən, ekranlaşdıran və səs-küy yaradan qurğular və digər texniki vəsaitlər tətbiq olunur.
Qeyd olunduğu kimi, onlar ayrı-ayrı qurğuların, avtomatlaşdırılmış sistemlərin texniki vasitələrinin, texniki qurğular kompleksinin tərkib hissəsi kimi və ya təhlükəsizliyin təmin edilməsi funksiyalarını yerinə yetirmək imkanlarına malik olan müstəqil qurğular şəklində reallaşdırıla bilər. Hazırda informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə praktikada çoxlu sayda aparat vasitələrindən istifadə olunur. Onlar, əsasən, aşağıdakı texnoloji elementlər şəklində reallaşdırılırlar:
qorunma rekvizitlərinin (parolların, identifikasiya kodlarının, qriflərin və məxfilik dərəcəsinin və s.) saxlanılması üçün xüsusi registrlər;
qurğuların qoşulması, informasiya resurslarına, sistemə və s. müraciət zamanı onların identifikasiya kodlarının avtomatik generasiyası üçün nəzərdə tutulmuş kod generatorları;
sistemin texniki vasitələrinin işə salınması üçün kilidlərin istifadəsini təmin edən maqnit kartlarının oxunması üçün qurğular;
insanların identifikasiyası və ya tanınması məqsədilə onların fərdi xüsusiyyətlərinin (səsinin, barmaq izlərinin, üz quruluşunun və s.) ölçülməsi qurğuları;
informasiya daşıyıcılarının hissələrinə müraciətlərin qanuniliyinin müəyyən edilməsi məqsədilə onun ünvanlarının sərhədlərinə nəzarət edilməsi sxemi;
informasiya daşıyıcılanmn hissələrində saxlanılan informasiyanın məxfilik dərəcəsini müəyyən edən və bu hissələrə aid olan xüsusi məxfılik bitləri;
məlumatların verilməsi ünvanlarının dövri yoxlanması məqsədilə rabitə xətti ilə informasiyanın ötürülməsi prosesinin kəsilməsi sxemi;
cütlük xassəsinə görə informasiyanın yoxlanması sxemi;
informasiyanın şifrlənməsi qurğuları;
xüsusi kodlu "səs-küy" yaratma alqoritmlərini reallaşdıran qurğular.
Funksional təyinatına görə aparat vasitələrini aşağıdakı kimi təsnif etmək olar:
Texniki imkanlarına görə isə informasiyamn qorunmasının aparat vasitələrini iki qrupa bölmək olar:
ümumi təyinatlı vasitələr ilkin qiymətləndirmə məqsədilə qeyri peşəkarlar tərəfindən istifadə üçün nəzərdə tutulmuş vasitələrdir. Bu növ vasitələrə tətbiq siqnallarının geniş spektrinə və kifayət qədər kiçik həssaslığa malik olan elektromaqnit şüalanma indikatorlarını misal göstərmək olar.
peşəkar komplekslər – sənaye casusluğu vasitələrinin mükəmməl axtarışını, aşkarlanmasını və onların bütün xarakteristikalarının çox dəqiq ölçülməsini həyata keçirməyə imkan verən aparat vasitələridir. Radioötürücülərin, radiomikrofonların, telefon qoyuluşların və şəbəkə radioötürücülərinin avtomatik aşkarlanması və yerinin müəyyən edilməsi üçün nəzərdə tutulan aşkaretmə və pelenqləmə kompleksləri (məsələn, “Delta” kompleksi) belə vasitələrə nümunə ola bilər.
İnformasiyanın sızması kanallarının axtarılması vasitələrini də iki yerə bölmək olar:
informasiyanm çıxarılması (götürülməsi) vasitələrinin axtarılması avadanlıqları – bədəməllər tərəfındən artıq yeridilmiş icazəsiz giriş vasitələrinin axtarılması və lokallaşdırılmasını yerinə yetirir;
informasiyamn sızması kanallarının tədqiq edilməsi avadanlıqları.
Qeyd olunduğu kimi, fıziki təbiətinə görə informasiyanın sızmasının çox müxtəlif kanalları, eləcə də əsasında informasiyaya icazəsiz giriş sistemləri reallaşdırılan fıziki qurğular mövcuddur. Ona görə də onların axtarılması və aşkarlanması məqsədilə çox müxtəlif və həddən artıq baha olan aparat vasitələrindən və avadanlıqlardan istifadə edilməsi tələb olunur. Adətən, belə avadanlıqlara bu sahədə ixtisaslaşan və daim müvafiq araşdırmalar aparan təşkilatlar (xüsusi dövlət qurumları, böyük təhlükəsizlik xidmətləri, ixtisaslaşmış firmalar və s.) malik olurlar.
İnformasiyanın qorunmasının aparat vasitələri KSŞ-nin, eləcə də telekommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üçün də geniş istifadə olunur. Belə vasitələr, əsasən, serverlərin, işçi stansiyaların, yaddaş qurğularının və informasiya daşıyıcılarının, terminalların, giriş-çıxış qurğularının, o cümlədən kompüterlərə və sistemə, onların saxlandığı yerə girişin təhlükəsizliyinin təmin edilməsi üçün istifadə olunur.
Aparat vasitələrinin serverlərdə və işçi stansiyalarda tətbiqi informasiya resurslarına istifadəçilərin girişinə nəzarət edilməsinə, kənar şəxslərin girişinin qarşısının alınmasına, kompüter texnikasının və digər qurğuların işində proqram-texniki səhvlərin aşkarlanmasına və qarşısının vaxtında alınmasına imkan verir.
Bundan əlavə, informasiya resurslarının, o cümlədən yaddaş qurğularının və informasiya daşıyıcılarının xarici və daxili təhlükələrdən qorunmasını təmin etmək məqsədilə də aparat vasitələrindən istifadə olunur.
Xarici təhlükəsizliyin təmin edilməsi məqsədilə aparat vasitələri ərazinin, binanın, otağın qorunması, istifadəçilərin müşahidəsinin və tanınmasının təşkili və s. üçün texniki imkanları özündə reallaşdırır. Bu vasitələr bəzən fıziki qoruma vasitələri kimi qəbul edilir. Burada daxili təhlükəsizlik dedikdə sistemin və şəbəkənin proqram-texniki kompleksi çərçivəsində informasiya təhlükəsizliyinin təmin ediiməsi başa düşülür.
Aparat vasitələrinin inkişafına aşağıdakı amillər bilavasitə təsir edir:
aparat vasitələrinin proqram vasitələrinə nisbətən sürətlə işləməsi;
aparat vasitələrinin element bazasının intensiv və sürətlə inkişafı;
aparat vasitələrinin və element bazasının qiymətinin (maya dəyərinin) ciddi aşağı düşməsi və s.
Aparat vasitələrinin qiymətinin digər təhlükəsizlik vasitələrinə nisbətən yüksək olması səbəbindən informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsi üçün yalnız bu növ vasitələrin tətbiqi məqsədəuyğun hesab olunmur.
Aparat vasitələrinin proqram vasitələri, fıziki mexanizmlər və təşkilati tədbirlərlə birgə tətbiqi avadanlıqların, texniki vasitələrin. informasiya resurslarının fıziki məhv olmadan, sıradan çıxmalardan, eləcə də icazəsiz və qeyri qanuni girişlərdən və istifadədən daha etibarlı qorunmasını təmin etməyə imkan verir.
Dostları ilə paylaş: |