Mənəvi-etik tədbirlər
Mənəvi–etik tədbirlər şəbəkə və informasiya texnologiyalarının yayılması və istifadəsi dövründə ənənəvi olaraq yaranmış və ya yaranmaqda olan davranış normalarından ibarətdir.
Mənəvi–etik təsirlər vasitəsilə təhlükəsizliyin təmin edilməsi istifadəçilər və xidməti personal, eləcə də ziyankarlar və bədniyyətli şəxslər tərəfındən ölkədə və cəmiyyətdə illərlə formalaşmış mənəvi–etik normalara riayət olunmasının təmin edilməsini nəzərdə tutur.
Bu normaların yerinə yetirilməsi qanunvericilik tədbirlərindən fərqli olaraq məcburi deyildir, lakin bu normaların pozulması nüfuzun, hörmətin, etibarın və s. itirilməsinə gətirib çıxarır.
İnformasiyamn qorunmasının mühəndis–texniki üsulları və vasitələri
Mühəndis texniki qoruma vasitələri dedikdə, məxfi informasiyanın qorunması üçün istifadə olunan xüsusi orqanlar, texniki vasitələr və tədbirlər toplusu başa düşülür. Qorumanın məqsəd, vəzifə və obyektlərinin, eləcə də həyata keçirilən tədbirlərin müxtəlifliyi nəzərə alınaraq, onların müəyyən xarakteristikalara görə təsnif edilməsi məqsədəuyğun hesab olunur.
Funksional təyinatına görə mühəndis–texniki vasitələr aşağıdakı qruplara bölünür:
fıziki vasitələr;
aparat vasitələri;
proqram vasitələri;
kriptoqrafik vasitələr;
steqanoqrafık vasitələr.
Fiziki qoruma vasitələri
Fiziki qoruma vasitələri informasiyanın, KSŞ-nin qorunmasının ilk sərhədini təşkil edir. Ona görə də belə sistemlərin, eləcə də onlara daxil olan qurğuların və texniki vasitələrin fiziki qorunması, mühafizəsi informasiya təhlükəsizliyinin təmin edilməsinin zəruri şərtlərindən biridir.
Hələ informasiyanın qorunması problemlərinin meydana gəlməsindən xeyli əvvəl fıziki qoruma vasitələrindən istifadə olunurdu. Belə ki, bu üsullar prinsip etibarı ilə bankların, muzeylərin, mağazaların, evlərin, həyətyanı sahələrin və s. qorunması üçün istifadə olunan köhnə ənənəvi vasitələrdən fərqlənmirlər. Lakin qeyd olunmalıdır ki, müasir dövrdə informasiyanın, eləcə də onun saxlandığı, dövr etdiyi, emal və istifadə olunduğu yerin (otaq və ya binanın) qorunması üçün daha mürəkkəb və mükəmməl vasitələrdən istifadə olunur.
Fiziki vasitələr qorunan informasiyanın saxlandığı yerə daxilolmanın məhdudlaşdırılması, qarşısının alınması, ona aparan yolda fiziki və psixoloji maneənin yaradılması üçün nəzərdə tutulur, müstəqil reallaşdırılır və ya digər informasiya qoruma vasitələri ilə birlikdə kompleks şəklində tətbiq olunurlar.
İnformasiyanın fiziki qorunmasını təmin etmək üçün hasarlar, divarlar, barmaqlıqlar, barılar, tikanlı məftillər çəkilir, ekranlar, seyflər və şkaflar quraşdırılır, kodlar, mexaniki, elektron və radio ilə idarə olunan kilidlərdən istifadə olunur, yanğına, oda və tüstüyə qarşı ötürücülər və s. tətbiq edilir.
Fiziki qoruma vasitələri, həmçinin akustik, fiksəedici, tele–video və fotoçəkmə, optik, lazer, mexaniki, elektron, elektron-mexaniki, elektrik qurğularından, yüksəktezlikli, radio və radiolokasiya texnologiyalarından istifadə etməklə reallaşdırılır. Onlar ayrı-ayrı qurğuların, avtomatlaşdırılmış sistemlərin texniki vasitələrinin və qurğular kompleksinin tərkibində, eləcə də müstəqil şəkildə ayrı-ayrı konstruksiyalar, qurğular və hissələr kimi reallaşdırıla və fəaliyyət göstərə bilərlər.
Ümumiyyətlə, informasiyanın fiziki qorunması vasitələri, əsasən, aşağıdakı məsələlərin həlli üçün tətbiq olunur:
ərazinin mühafizəsi;
daxili binaların və otaqların (kompüter və ya hesablama zallarının, serverlərin və digər kommunikasiya qurğularının yerləşdiyi otaqların, operatorların, proqramçıların, administratorlarm iş yerlərinin və s.) mühafizəsi, onların müşahidə olunması;
avadanlıqların və daşınan informasiya daşıyıcılarının (maqnit və lazer disklərinin, disketlərin, flash yaddaş qurğularının, çap vərəqlərinin və s.) mühafizəsi;
qorunan zonalara girişin nəzarət edilməsi;
kompüter sistemlərinin və şəbəkələrinin avadanlıq və qurğularından, eləcə də rabitə xətlərindən şüalanmaların və çarpaz kəsişmələrin neytrallaşdırılması;
iş yerlərinin, monitorların, çap materiallarının və s. vizual müşahidəsinin qarşısının alınması;
yanğından mühafizənin təşkili;
bədəməl şəxslərin, o cümlədən oğruların, hakerlərin, kompüter cinayətkarlarının hüquqazidd və icazəsiz əməllərinin qarşısının alınması.
Funksional təyinatına görə fıziki qoruma vasitələrini üç kateqoriyaya ayırmaq olar:
hasarlama və fiziki təcridetmə sistemləri – obyektin, o cümlədən onun ərazisinin, bina və otaqlarının, ayrı– ayrı element və konstruksiyalarının qorunmasını təmin edir;
kilidləmə qurğuları və saxlanclar – qorunan informasiyanın, eləcə də onun emal edildiyi sistemin yerləşdiyi yerin (otağın və ya binanın) mexaniki, elektromexaniki, elektron və s. qurğularla kilidlənməsini, müxtəlif şkafların, seyflərin və saxlancların istifadəsini nəzərdə tutur;
girişə nəzarət sistemləri qorunan obyektlərə, o cümlədən sənədlərə, fayllara, informasiyaya, onların saxlanıldığı, emal edildiyi və ötürüldüyü sistemlərə və şəbəkələrə girişə nəzarəti təmin edir.
Dostları ilə paylaş: |