İfrat doymuş məhlullarda həll olan maddə doymuş məhluldan çoxdur. Öz
mayesilə dinamik tarazlıqda olan məhlullara ifrat doymuş məhlullar deyilir. Bu
halda temperaturu artırırlar, soyutduqda isə artıq həll olan maddə çökür. Bu da
kristallaşma adlanır.
Təbiətdə və texnikada maye məhlulların rolu böyükdür. Təbii sular, qan,
limfa və fizioloji mayelər məhluldur; qidanın mənimsənilməsi onun məhlula
keçməsi nəticəsində mümkün olur; kimyəvi çevrilmələrin çoxu mühiti maye olan
müxtəlif məhlullarla bağlıdır.
Məhlulların fiziki nəzəriyyəsinə görə (S.Arrenius, V.Ostvald, U.Vant-Hoff)
həllolmaya həll olan maddə hissəciklərinin həlledicinin bütün həcmində bərabər
paylanması kimi baxılır. Belə qəbul edilir ki, həlledici təsirsiz mühitdir.
Məlulların kimyəvi nəzəriyyəsinin tərəfdarlarının fikrinə görə
(D.Mendeleyev, İ.Kablukov, N.Kurnakov) həlledici ilə həll olan maddə arasında
kimyəvi qarşılıqlı təsir mövcud olur və hidrat tipli davamsız birləşmələr əmələ
gəlir.
Həllolmanın müasir nəzəriyyəsi həm fiziki, həm də kimyəvi nöqteyi-
nəzərləri birləşdirir və eyni zamanda həllolma prosesinə polyarlığı bir-birindən
fərqlənən hissəciklər arasında qarşılıqlı təsir kimi baxılır.
Dostları ilə paylaş: