ELEKTROLİTLƏRİN ADSORBSİYASI
Zəif elektrolitlərin adsorbsiyası, əksər hallarda qeyri-elektrolitlərin
adsorbsiyasından kəskin fərqlənmir, adsorbat molekulyar halda olur. Qüvvətli
elektrolitlər isə ionlar şəklində adsorbsiya olunur və bu prosesdə Vander-Vaals
qüvvələri deyil, kimyəvi qarşılıqlı təsir qüvvələri həlledici rol oynayır. Odur ki,
qüvvətli elektrol itlərin adsorbsiyası daha mürəkkəb təbiətlidir.
İon adsorbsiyası iki əsas mexanizm üzrə gedir:
1. ekvivalent və ya iondəyişmə adsorbsiyası;
2. ionların kristallar üzərində seçici adsorbsiyası.
Hər iki halda ionların adsorbsiyası bərk və maye fazaların sərhəddində
ikiqat elektrik təbəqəsinin əmələ gəlməsi ilə əlaqədardır. Bərk elektrolitlərin
elektrolit məhlulu ilə sərhəddində ikiqat elektrik təbəqəsi iki yolla əmələ gəlir.
1. ionların kristalın səthində adsorbsiyası nəticəsində;
2. kristalın səth təbəqəsində ionlara dissosiasiya nəticəsində.
Bu proseslər elektrolit məhluluna salınmış elektrodun səthində ikiqat
elektrik təbəqəsinin yaranmasına oxşayır.
Dostları ilə paylaş: |