Maye-maye və maye-qaz sərhədlərində adsorbsiya.
Gibbsin adsorbsiya tənliyi
Suda SAM həll edildikdə suyun səth təbəqəsində həllolan maddənin,
SİM həll edildikdə isə həlledicinin izafi miqdarı toplanır və adsorbsiya baş
verir.
Məhlulun səth təbəqəsi ilə həcmi arasındakı qatılıqlar fərqi sistemdə osmos
təzyiqi yaranmasına səbəb olur. Məhz osmos təzyiqi, diffuziya nəticəsində
səth təbəqəsinin və həcmin tərkibinin eyniləşməsinin qarşısını alır. Sistemdə
yaranan dinamik tarazlıq halı adsorbsiya tarazlığı Gibbs tərəfindən
öyrənilmişdir. O, 1878-ci ildə maye-maye və maye-qaz sərhədlərində
adsorbsiya miqdarı ilə səthi gərilmə arasında əlaqənin riyazi ifadəsini almışdır.
Fərz edək ki, qatılığı C, səthi gərilməsi σ olan məhlulun buxar faza ilə
sərhəd səthinin S sahəsində həllolan maddənin izafi miqdarı bir moldur.
Onda Gibbs adsorbsiya,
Q =1/S (mol/m
2
) (2)
olar.
Əgər səthə məhlulun həcmindən sonsuz kiçik miqdar (dC) maddə
götürsək, səthi gərilmə dσ qədər dəyişər. (1) ifadəsinə görə bu zaman səth
enerjisi dF=Sdσ qədər artar. Bu artım məhlulun səthində və həcmində
qatılıqlar fərqini təmin edən osmos təzyiqinə (π) qarşı görülən işə bərabərdir.
Məhlulun həcmi V, osmos təzyiqinnin dəyişməsi dπ olarsa, görülən iş köçürmə
işi
A = -Vdπ = Sdσ olar.
(3) ifadə Gibbsin adsorbsiya tənliyi adlanır.
Gibbsin adsorbsiya tənliyindən görünür ki,
olduqda Q>0, yəni
həllolma səthi gərilməni azaldırsa, səth təbəqəsində həllolan maddənin
(SAM) həcmə nəzərən izafi miqdarı toplanır (müsbət adsorbsiya).
Əksinə
olduqda Q<0 olur. Yəni, həllolma səthi gərilməni artırırsa,
səth təbəqəsində həllolan maddənin (SİM) qatılığı həcmindəkinə nisbətən azdır
(mənfi adsorbsiya).
0> Dostları ilə paylaş: |