Mühazirə Kimyəvi kinetikanın mahiyyəti. Kimyəvi reaksiyanın sürəti və ona təsir edən amillər


Kataliz , homogen kataliz , reaksiyanın xüsusiyyətləri



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə7/62
tarix30.12.2021
ölçüsü1,3 Mb.
#49316
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   62
Fiziki-və-kolloid-kimya-2

Kataliz , homogen kataliz , reaksiyanın xüsusiyyətləri . 

 

Kimyəvi reaksiyaları sürətləndirən, lakin reaksiyanın sonunda kimyəvi 

ədəyişməz qalan maddələrə katalizatorlar deyilir.  

Katalizatorların təsirindən reaksiya sürətinin artmasına kataliz deyilir. Homogen, 

heterogen və fermentativ kataliz fərqləndirilir. 

Homogen katalizdə reaksiyada iştirak edən maddələr və katalizator eyni 

fazada yerləşirlər. Reaksiya reaksiya qabının bütün həcmində baş verir. 

Heterogen katalizdə reaksiyada iştirak edən maddələr və katalizator müxtəlif 

fazalarda yerləşirlər. Reaksiya fazaların toxunma səthində baş verir. 

Fermentativ katalizdə katalizator rolunu zülal təbiətli irimolekullu maddələr 

oynayır. Fermentativ katalizə mikroheterogen kataliz də deyilir. 

 

Katalitik reaksiyalar adi kimyəvi reaksiyalardan aşağıdakı xüsusiyyətlərinə 



görə fərqlənirlər: 

1.  Katalizator kimyəvi tarazlığın yerini dəyişmir. Yalnız tarazlığın 

yaranma sürətini artırır. Çünki  katalizator reaksiyanın istilik effektini 

dəyişmir. Yalnız düz və əks reaksiyaların aktivləşmə enerjilərini eyni 

qədər azaldır. Ona görə də düz və əks reaksiyalar eyni dərəcədə 

sürətlənirlər. Nəticədə 



const

k

k

2



1

 olur, (sabit qalır). Yəni tarazlıq sabiti 

dəyişmir. 

2.  Katalizatorlar seçici təsirə malikdirlər. Onlar mümkün reaksiyalardın 

yalnız birini sürətləndirirlər. Məsələn 300

0

C-də, etil spirti müxtəlif 



katalizatorların təsirindən 7 cür parçalana bilər. Bu şəraitdə mis 

katalizatoru yalnız dehidrogenlşəmə reaksiyasını sürətləndirir. 




2

3

2



3

H

CHO

CH

OH

CH

CH

Cu





 

Al



2

O

3



  katalizatoru yalnız dehidratlaşma reaksiyasını sürətləndirir. 

O

H

H

C

OH

CH

CH

O

Al

2

4



2

2

3



3

2



 


 

Ümumiyyətlə, Cu və Ni dehidrogenləşmə və hidrogenləşmə 



katalizatorlarıdır. Al

2

O



3

  və qlinozem hidratlaşma və dehidratlaşma , Ag 

oksidləşmə katalizatoru, Pt universal katalizatordur. 

3.  Homogen katalizdə reaksiyanın sürəti katalizatorun qatılığı ilə düz 

mütənasibdir. Ümumiyyətlə istənilən katalizdə katalizatorların kiçik 

miqdarı reaksiyasının sürətlə getməsini təmin edir. Adətən 

katalizatorların qarışığı bir katalizatora nisbətən daha yüksək aktivliyə 

malik olur. 

4.  Katalizatorun aktivliyi onun quruluşundan və mühitdə başqa maddələrin 

olmasından çox asılıdır. Məs, CuO-dan reduksiya olunmuş Cu yüksək 

katalitik aktivliyə malikdir. Elektrolitik çökdürülmüş Cu praktiki olaraq 

katalitik aktivliyə malik deyil. Bəzi hallarda müxtəlif maddələr 

katalizatorun aktivliyni artırır. Bu maddələrə promotorlar deyilir. 

Məsələn, NH

3

-un sintezində Fe katalizatoru üçün K



2

O promotordur. 

Bəzi maddələr katalizatorun aktivliyini azaldır. Bunlara katalitik 

zəhərlər deyilir. Məs:  

3

2

2



5

2

2



1

SO

O

SO

O

V

 



 



reaksiyasında V

2

O



5

 katalizatoru üçün arsen və Hg birləşmələri katalitik 

zəhərlərdir. 


Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin