Kimyəvi reaksiyanın molekulyarlığı və tərtibi . Vant – Hoff
qaydası
.
Reaksiyalar molekulyarlığa və tərtibə görə təsnif olunurlar. Reaksiyanın
molekulyarlığı reaksiyanın elementar aktında iştirak edən molekulların sayını
göstərir.Reaksiyalar 1, 2, 3 (mono , bi , tri ) molekulyar olur .Trimolekulyar
reaksiyaiarın sayı cox azdır .Qeyd edək ki, əksər hallarda reaksiyanın tərtibi və
molekulyarlığı üst – üstə düşmür. O halda reaksiyanın tərtib və molekuiyarlığı üst
– üstə düşür ki , reaksiyalar elementar olsun . Yəni , bir mərhələdə baş versin .
Kimyəvi reaksiyaların tərtibi və molekulyarlığı fərqləndirilir . Reaksiyanın tərtibi
reaksiyanın sürətinin qatılıqdan asılılığına görə müəyyən edilir . Başqa sözlə ,
c
asılılığından müəyyənləşdirilir . Maddələrə görə tərtiblərin cəmi
reaksiyanın ümumi tərtibini verir
n=n
1
+ n
2
Reaksiyanın tərtibi müsbət və ya mənfi ,tam və ya kəsr , hətta sıfır qiymət ala
bilər . Tam olmayan tərtib bir neçə bir neçə mərhələdə gedən reaksiyalarda
müşahidə olunur . Sıfır tərtibli reaksiyalarda reaksiya sürəti sabit olub zamandan
asılı olaraq dəyişmir.
Beləliklə reaksiyanın tərtibi formal kəmiyyət olub reaksiyanın kinetik
tənliyi ilə , molekulyarlığı isə real fiziki mənaya malik olub , onun mexanizmilə
təyin olunur.
Dostları ilə paylaş: |