Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"



Yüklə 112,78 Kb.
səhifə11/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   43
Ali mək.ped. mühazirələr

Birinci mərhələ. Tədqiqat problemi ilə, pedaqoji və digər elmlər tərəfindən onun öyrənilməsi vəziyyəti ilə ümumi tanışlıq, tədqiqatın hüdudlarını müəyyənləşdirmək, problemin nəzəriyyə və praktik aktuallığını aşkar etmək.
İkinci mərhələ. Tədqiqatın obyekt və predimetini, məqsədini, ümumi və aralıq vəzifələrini müəyyən etmək.
Üçüncü mərhələ. Tədqiqatın izahlı və ya proqnostik fərziyyəsinin müəyyənləşdirilməsi, onun metodikasının hazırlanması.
Dördüncü mərhələ. Müəyyənedici, öyrədici və yoxlayıcı eksperimentlərinin proqramının işlənib hazırlanması.
Beşinci mərhələ. Pedaqoji eksperimentin üç mərhələsinin aparılması, fərziyyənin yoxlanılması.
Altıncı mərhələ. Alınmış eksperimental nəticələrin təhlili, ümumiləşdirilməsi və sintezi, nəticə və təkliflərin çıxarılması.
Tədqiqatın vəzifələri məqsəddən asılı olub, onu konkretləşdirir. Amma eyni zamanda həm də fərziyyədən doğur, eksperimnet zamanı tədqiqatçının işinin ardıcıllığını müəyyən edir.
Haqqında danışılan bu variant eksperimental tədqiqlərə aiddir. Nəzəri tədqiqlər, nisbətən başqa planda olub, eksperimnetal mərhələləri yoxdur. Fərziyyə araşdırma prosesinin əsas xətti olduğundan, o, gələcəkdə formalaşdırılacaq yeni nəzəriyyənin ifadəsi kimi çıxış edir. Pedaqoji tədqiqatlar həmişə yaradıcı xarakter daşıdığından onun reqlamnetləşdirilməsi nisbidir və tədqiqatçının mövqeyindən asılıdır. Əsas olan odur ki, istənilən tədqiqat ali məktəb pedaqogikasının inkişafına səbəb olsun və təlim – tərbiyə prosesində istifadəsi gərəkli olsun.
Öz vəzifələrinin reallaşdırılması prosesində ali məktəb pedaqogikası dörd funksiyanı yerinə yetirir:

  • elmi-nəzəri;

  • konstruktiv – tətbiqi;

  • proqnostik;

  • təşkilati.

Göstərilən funksiyalar pedaqoji tədqiqat fəaliyyətinin üstünlüyünü, elmi nəticələrin təyinatını müəyyən etməyə imkan verir. Bu funksiyalar bir-birindən ayrı şəkildə deyil vəhdətdə fəaliyyət göstərir.
Ali məktəb pedaqogikasının metodoloji tələblərindən biri pedaqoji elmlə təhsil praktikası arasındakı dialektik əlaqə haqqındakı qaydadır. Bu əlaqə ikitərəflidir.
Ali təhsil praktikası elmi pedaqoji biliklərin ortaya çıxmasına səbəb olur. Eyni zamanda onun həqiqilik kriteriyasını təşkil edir. Ali məktəb pedaqogikası ali təhsil müəssisələrinin iş təcrübəsini öyrənir, təhlil edir, ümumiləşdirir, təlim- tərbiyə prosesinin qanunauyğunluqlarını üzə çıxarır. Təhsilin inkişafını proqnozlaşdırır və eyni zamanda özü də inkişaf edir.
Pedaqogika elminin inkişafı ilə əlaqədar olaraq onun təhsil praktikası ilə əlaqəsində dəyişikliklər yaranmış, bu əlaqə mürəkkəbləşmiş, qarşılıqlı əlaqələrin yeni formaları yaranmış, bu əlaqələrin xarakterinə baxışlarda dəyişmələr baş vermişdir. İndi elmin praktikaya daha əhəmiyyətli təsir etməsi tələb olunur. Alimlər elmi axtarışları uğurla, yüksək keyfiyyətdə aparmaqla kifayətlənməməli, həm də aldığı nəticələrin təhsil təcrübəsində uğurlu tətbiqinə çalışmalıdırlar. Bu isə çox mürəkkəb bir işdir.
Ali məktəb pedaqogikası bir elm kimi və bir təlim fənni kimi fərqləndirilməlidir. Bir elm kimi o, əsasən XX əsrin ortalarından inkişaf edərək pedaqoji elmlər sistemində özünəməxsus yer tutur. Bir çox problemlərin həllində, hələlik tam müvəffəqiyyətli deyildir. Daha çox didaktika sahəsində əhəmiyyətli elmi material toplanmışdır. XXI əsrin əvvələrindən isə ali məktəblərdə gələcək müəllim şəxsiyyətinin formalaşdırılması sahəsində də tədqiqatlar aparılır.
Təlim fənni kimi ali məktəb pedaqogikası pedaqoji elmin nailiyyətləri əsasında qurulur, daha stabildir və ondan istifadə edənlərin qarşısında duran problemləri nizamla aydınlaşdır. Ali məktəb pedaqogikası bir fənn kimi fərziyyələr irəli sürmür, mübahisəli nəzəri məsələlərdən uzaq, müəyyən həcmdə metodiki məsələləri özündə əks etdirir. Ali məktəb pedaqogikasından bir təlim fənni kimi müəllimlər istifadə edir, magistrlər, aspirant və doktorantlar, tədqiqatçılar isə onu öyrənir.



Yüklə 112,78 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin