Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"



Yüklə 112,78 Kb.
səhifə19/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   43
Ali mək.ped. mühazirələr

Suallar və tapşırıqlar

  1. Ali məktəbdə tələbələrin öyrənmə faəliyyətinin formaları hansılardır?

  2. Təlim prinsiplərinin səmərəli tətbiqi nə deməkdir?

IV mühazirə
Didaktik metod və vasitələr.


Plan

  1. Təlimin metod və vasitələri haqda ümumi məlumat.

  2. Ümumi pedaqogikada təlim metodlarının təsnifat müxtəlifliyi.

  3. Ali məktəblərdə təlim-tərbiyə prosesi metodlarının qrupları.



Ədəbiyyat siyahısı

  1. Kazımov N. Ali məktəb pedaqogikası, Bakı, 2006.

  2. İsmixanov M., Bəxtiyarova R. Ali məktəb pedaqogikası. Bakı – 2014.

  3. Ali məktəb pedaqogikası üzrə mühazirə materialları. Bakı, 2016.



Təlim metodları və vasitələri haqda ümumi məlumat.
İstənilən təhsil müəssisəsində təlim-tərbiyə prosesinin gedişinə və nəticələrinə təsir edən mühüm faktorlardan biri təlim metodlarıdır. Təlim metodları ali məktəb pedaqogikasının ən mühüm quruluş elementlərindən, kateqoriyalarından biridir.
“Təlim metodları” anlayışı pedaqoji ədəbiyyatda müxtəlif cür izah edilir. Əvvəllər təlim metodu materialı şərhetmə qaydası kimi başa düşülürdü. Təhsil təcrübəsinin və pedaqoji elmin inkişafı ilə əlaqədar olaraq bu kateqoriyaya münasibət də dəyişdi. Amma, hər halda, təlim metodları pedaqogikanın ən gec dəyişən kateqoriyalarındandır. Hətta bu gün də orta əsrlərdə müəyyən edilmiş bəzi təlim metodlarından istifadə edilə bilir.
“Metod” anlayışı təlim-tərbiyə prosesində hər hansı məqsədə nail olmağın yolu, qaydasını ifadə edir. Müəllimin təlim metodunu seçməsi təlim fənnindən,didaktik məqsəd və vəzifələrdən, təlim materialının məzmunundan, təlimin təşkili formalarından, ali məktəbin tədris-metodik bazından asılı olur.
Təlim metodlarını izah edərkən bir qism pedaqoqolar (M.Muradxanov və D.O.Lordkipanidre) təlim metodunu müəllim və şagirdlərin fəaliyyətinə görə müəyyən edirlər. Digərləri (Y.K.Babanski və Q.İ.Şukina) müəllim və şagirdlərin birgə fəaliyyətlərini önə çəkib, vəzifələri kölgədə qoyurlar. Üçüncü qrup pedaqoqlar (M.N.Skatkin, İ.Y.Lerner) idrak fəaliyyətini əsas götürürlər. Təlimin təhsilləndirinici vəzifəsini əsas götürənlər (A.Abbasov, H.Əlizadə) də vardır. Prof. N.Kazımov təlim metodlarına belə bir tərif verir: təlim mərhələlərininə uyğun olaraq müəllimin rəhbərliyi altında şagirdlərin müəyyən biliklərə, bacarıq və vərdişlərə yiyələnmələri, tərbiyə olunmaları və inkişaf etmələri yollarına təlimin üsulları deyilir. (N.Kazımov Məktəb pedaqogikası, “Çaşıoğlu” nəşriyyatı, Bakı, 2008, səh.181).
Bizim fikrimizcə, “ təlim prosesinin hər bir mərhələsində qarşıya qoyulmuş məqsədə çatmağı təmin edən yollara, qaydalara təlim metodu deyilir” tərifi daha uğurludur.
Qeyd etmək lazımdır ki, ali məktəb müəllimləri ümum pedaqoji metodlarla yanaşı konkret xüsusi metodikalara uyğun təlim metodlarından da istifadə edirlər. Xüsusi metodikalar ali məktəb didaktikası əsasında işlənilib hazırlanır. Bununla yanaşı, hər bir təlim fənninin özünəməxsusluğu metodların ümumdidaktik tipologiyasına daxil olmayan spesifik metodlarından istifadəni də şərtləndiri.
Didaktik metod didaktik priyomlardan ibarətdir. Didaktik priyomlar birliyi idraki məsələlərin həllinə kömək edir.



Yüklə 112,78 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin