Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"


Təlimin nəzəri-informatik metodları



Yüklə 112,78 Kb.
səhifə21/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   43
Ali mək.ped. mühazirələr

Təlimin nəzəri-informatik metodları: təlim materialının şifahi şərh, müsahibə, diskussiya, briqada metodu, məsləhətləşmə, audio videodemonstrasiya.

  • Təlimin praktik - əməliyyat metodları: tapşırıqlar, alqoritm, “mənim kimi et”, məsələ həlli, təcrübə, eksperimnet, didaktik oyunlar.

  • Təlimin axtarıcılıq-yaradıcılıq metodları: müşahidə, eksperimnet, “labirint”, “əqli hücum”, “akvarium”, “fikirləş, eşit, təklif et”, yaradıcı dialoq, konkret situasiyanın təhlili.

  • Tələbələrin müstəqil iş metodları: kitab və dərslik üzərində iş, ekspertiza, qulaq asma, konspektləşdirmə, tapşırıq və məsələ həlli, təcrübələr.

  • Nəzarət-qiymətləndirmə metodları: şifahi sorğu, yenidən cavabvermə, yoxlama işləri, təcrübələr, testləşdirmə və s.

    1. Təlimin nəzəri-informatik metodları.

    Bu metodların əsas vəzifəsi müəllimlərin yeni elmi bilikləri təqdim etməsi, tələbələrin onları mənimsəməsi, onlar arasında əlaqə yaradılmasını təmin etməkdir.
    Müəllimin təlim metodlarını şifahi şərh etməsi daha çox geniş , əhatəli, mürəkkəb və ya sadə elmi problem didaktik məqsəd kimi qarşıda durduğu zaman tətbiq edilir. Bu metod tələbələri yeni nəzəri biliklərlə silahlandırmaq, onları keçmişdə mənimsənilmiş biliklərlə əlaqələndirmək, analitik təhlil qabiliyyətinin ilkin əsaslarını yaratmaq, müstəqil işləmə vərdişlərinə yiyələndirmək məqsədi güdür.
    Bu metodun reallaşdırılmasında aparıcı rol pedaqoqa məxsusdur. Ondan təlim materialını yaxşı bilməsi və onu dəqiq şərh etməsi, təlim prosesini obrazlı və maraqlı qurması tələb olunur. Bu metoddan daha çox mühazirə zamanı, həmçinin təlimin təşkilinin digər formalarında istifadə edilə bilir.
    Müəllimin şərhinin tətbiqi növlərindən biri müəllimin nəqlidir. Qısa xarakterli olub, adətən, suallarla kəsilmir. Fakt və hadisələri başvermə ardıcıllığı ilə, izahına xüsusi fikir vermədən və vaxt ayrımadan tələbələrə çatdırmaq üsuludur.
    Müəllimin şərhinin tətbiqi növlərindən biri də materialın müəyyən izahla təqdimidir. Bu növdən qanun və anlayışların öyrənilməsində, elmi hadisələrin qarşılaşdırılmasında, hər hansı qaydanın düzgünlüyünün sübutu zamanı istifadə edilir.
    Müsahibə metodu. Bu metodun tətbiqinin əsas məqsədi elmi fakt, anlayış, qanunauyğunluq və biliklərin mənimsədilməsi, dünyagörüşü, əqidə və baxışların formalaşdırılmasıdır. Müsahibə metodunda tələbələrin artıq mənimsədikləri biliklər düzgün qurulmuş suallar əsasında sistemləşdirilir və beləliklə yeni nəticələr çıxarmağa, tələbələrin yaddaşı və məntiqi təfəkkürünü aktivləşdirməyə imkan yaranır.
    Müsahibə metodunun təkrarlama müsahibəsi və evristik müsahibə ̶ deyə iki növü vardır. Ali məktəb didaktikasında elmi biliklərin təkrarına tədris proqramında xüsusi vaxt ayırmağa ehtiyac olmadığından təkrarlama müsahibəsi də evristik müsahibənin səmərəliliyinin artırılmasına xidmət edir.
    Ali məktəb didaktikasında evristik müsahibə zamanı sualların qoyuluşu iki variantda ola bilər. Buna evristik müsahibə priyomları da demək olar. Birinci variantda suallar dəqiq problemli ardıcıllığa malik olub, məntiqi baxımdan qarşılıqlı əlaqədə olur. Nəticədə tələbələr özləri bir növ, hiss etmədən suallara cavab axtarıb tapırlar. İkinci variantda suallar tələbələri, bir növ, çıxılmaz şəraitə salır, onların mülahizələrinin səhv olduğunu göstərir və sonra onları geriyə qayıdaraq düzgün cavabla problemin həllinə yönəldir.
    Diskussiya metodu. Bu metodun əsas məqsədi tələbələri yeni elmi biliklərlə silahlandırmaq, onları təlim zamanı alacaqları biliklərin həqiqiliyinə inandırmaq, baxış və əqidələrinin formalaşmasına köməklik etməkdir. Tələbələr nəinki yeni bilikləri qavrayır və onları müqayisə edir, həmçinin öz mövqelərini müdafiə etməyə, elmi polemika aparmağa alışırlar. Bu metoddan daha çox seminar və praktik məşğələlərdə istifadə edilsə də, pedaqoji ustalığa malik pedaqoqlar mühazirə zamanı tələbələrin fəallığını artırmaq üçün də ondan bacarıqla istifadə edirlər.
    Bu metodu üç variantda istifadə etmək olar. Birinci varinat: müəllim əvvəlcədən diskussiyada istifadə edəcəyi sualları təxmini hazırlayır. Tələbələr bu suallar ətrafında fikirləşib, təxmini cavab hazırlayır. İkinci variant: məşğələnin əvvəlində müzakirə mövzusuna dair suallar müəllim və tələbələr tərəfindən birgə hazırlanır. Təlim prosesinin bütün formalarında bəzən müzakirəyə səbəb olacaq, problemlər və onlara dair suallar meydana çıxır ki, bu halı da üçüncü variant hesab etmək olar.
    Briqada metodu. Bu metoddan biliklərin möhkəmləndirilməsi, onlar arasında əlaqə yaradılması, fənlərarası əlaqə, bu və ya digər pedaqoji peşə situasiyalarının həlli zamanı istifadə daha məqsədə uyğundur.
    Akademik qrup 3-4 briqadaya ayrılır. Eyni problemin və ya onun eyni hissəsinin həlli hər bir briqadaya tapşırılır. Ayrılmış müəyyən vaxt ərzində briqada üzvləri öz aralarında mikrodiskussiya aparır və problemin ümumi diskussiyası başlanır. Bu zaman hər briqada öz aralarında müəyyənləşdirdikləri ideya, fərziyyə və həll yollarını irəli sürür.
    Məsləhətləşmə metodu. Bu metod, demək olar ki, bizim ali məktəblərdə tətbiq olunmur. Lakin ondan mütəmadi və düzgün istifadə edildikdə səmərə verə bilər. Əgər pedaqoq tələbələrin nəzəri biliklərini və pedaqoji bacarıqlarını təkmilləşdirməyə çalışırsa, bu zaman təkcə onların nəyi bildiklərini və bacrdıqlarını deyil, həm də (bəlkə də daha çox) nəyi bilmədiklərini və bacarmadıqlarını aşkara çıxarmalıdır.
    Bu metodun optimal tətbiqi yolunu bu cür təqdim etmək olar: pedaqoq fərdi işin gücünü və vaxtını (həftədə 1 dəfə olmaqla) müəyyən edir. Tələbələr sərbəst şəkildə məsləhətə gələrək qarşılarına çıxan çətinliklərə dair bütün məsələləri aydınlaşdıra bilər və həmçinin tələbə tədris tədqiqat işləri üzrə müstəqil işlərinin planını dəqiqləşdirə bilərlər. Pedaqoq tələbələrin hansı məsələlərdə, nə dərəcədə çətinlik çəkdiklərini müəyyən edərək, məhz hansı elmi məlumatlardan istifadə barədə məsləhət verir. Bu metod daha çox Almaniya ali məktəblərində fərdi və ya qruplarla tətbiq olunur.
    Audiovideodemonstrasiya metodu. Təlimin yeni metodudur. Ali məktəblərdə təlim-tərbiyə prosesində televiziyadan istifadə, tele və kinomərkəzlər yaradılmasından sonra meydana çıxmışdır. Öyrədilməsi zəruri olan materialı konkret elmi kommentariyaların müşayəti ilə yayınlanmağa əsaslanır. Mühazirələrdə, seminar və praktik məşğələlərdə istifadə edilə bilər.




    1. Yüklə 112,78 Kb.

      Dostları ilə paylaş:
  • 1   ...   17   18   19   20   21   22   23   24   ...   43




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin