Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"


Təlim metodlarının təsnifat müxtəlifliyi



Yüklə 112,78 Kb.
səhifə20/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   43
Ali mək.ped. mühazirələr

Təlim metodlarının təsnifat müxtəlifliyi.
Pedaqoji ədəbiyyatda ali məktəbdə istifadə olunan təlim metodlarının vahid təsnifatı yoxdur. Bu, ondan irəli gəlir ki, didaktlar təlim metodlarının təsnifatına müxtəlif əsaslardan yanaşırlar. Belə təsnifatların bəzilərinə nəzərə salaq:
Professor Nurəddin Kazımov təlim metodlarını təlim mərhələlərinə görə bu cür təsnif edir:

  • yeni tədris mövzusunun əsasən qavranılmasına xidmət edən üsullar (nümunə, müşahidə, kitab üzərində iş, müsahibə, göstəriş və tələb) ;

  • bilik, bacarıq və vərdişlərin əsasən başa düşülməsinə xidmət edən üsullar (problemli vəziyyət, evristik müsahibə, izahlı nümayiş, proqramlaşdırma, məruzə, disput, əsər müzakirəsi) ;

  • biliklərin, bacarıq və vərdişlərin əsasən möhkəmləndirilməsinə xidmət edən üsullar ( təkrar, çalışmalar, məsələ və misal həlli, texniki vasitələrdən, avadanlıq və cihazlardan istifadə edilməsi, ölçmə vasitələri ilə iş, laborator işi, əyani vasitələrlə iş, nitq və təfəkkür üzrə iş).

Təlim metodlarının bilik mənbələrinə görə təsnifatı (N.M.Veririlin, Y.Y.Qolant, D.O.Lordkipanidre, İ.İ.Əliyev):

  • təlimin söz üsulları ( müəllimin şərhi, müsahibə, kitabla iş ) ;

  • təlimin əyani üsulları ( illüsrrasiya, demonstrasiya, videometod ) ;

  • təlimin praktik üsulları ( tapşırıqlar, çalışmalar, laborator məşğələlər).

Bu təsnifata daxil olan üsullar sadə və aydın olduğundan, praktik istifadə üçün asan olduğundan geniş şəkildə istifadə edilsə də hamı tərəfindən qəbul edilmir.
M.N.Skatkin və İ.Y.Lerner təlim metodlarını idraki fəaliyyət növünə görə qruplaşdırırlar:
- izahlı-illüstrativ və ya reproduktiv metodlar ( müəllimin şərhi, dərslik üzərində iş, demonstrasiya) ;
- problemli metodlar ( problemli məsələlərin həlli, problem- situasiyalar);
- qismən axtarıcılıq, yaxud evstrik metod ( elmi axtarış prosesinin ayrı-ayrı mərhələlərinə yiyələnmə) ;
- tədqiqatçılıq metodu .
Təlim metodlarının təsnifatına litvalı mütəxəssis L.Yovayşanın yanaşması maraqlıdır. Litva ali məktəbləri müəllimlərinin təcrübəsini ümumiləşdirərək və xarici ölkə ali məktəbləri təcrübəsinə əsaslanaraq o, yeni təlim metodları təsnifatı hazırlanmışdır. Bu təsnifatın əsasında pedaqoq və tələbələrin müxtəlif növ qarşılıqlı təsir proseslərində bilik, bacarıq və vərdişlərin təqdim edilməsi durur. O, metodları pedoqoqun fəaliyyətinə aid olanlar və tələbələrin fəaliyyətinə aid olanlar - deyə iki qrupa ayırır.
Birinci qrupa aiddir :

  1. İnformasiya metodları ( təqdimetmə, təkrar yadasalma) ;

  2. Əməliyyat metodları ( tapşırıqlar, praktik işlər, laborator işlər) ;

  3. Yaradıcılıq metodları ( evristik, problemli, tədqiqatçılıq metodları).

İkinci qrupa aiddir:

  1. İnformasiya mənbələrini araşdırma metodları:

  • perseptiv metodlar - (qulaq asmaq, oxumaq);

  • mnemotik – hafizəni möhkəmlətmə metodları (dərslikdən öyrənmə);

  • mental – (planlaşdırma, kitab üzərində iş) metodlar.

  1. Öyrənmənin praktik əməliyyat metodları:

  • tapşırıqların yerinə yetirilməsi;

  • praktik işlərin yerinə yetirilməsi;

  • laborator işlərin həlli.

  1. Yaradıcılığı öyrənmə metodları:

  • yaradıcı fəaliyyəti dərk etmək və qiymətləndirmək metodları;

  • yaradıcılıq prosesinin təşkili.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu təsnifat daha çox Qərbi Avropa ölkələri pedaqogikasına yaxındır. Bu pedaqogikada isə təlimin metod, priyom və formaları arasında fərq yoxdur.
Belarus pedaqoqu Revmira Serqeyevna Pionova sovet didaktlarının, litvalı pedaqoqların təlim metodları barədə təsnifatına və öz təcrübəsinə əsaslanaraq təlim metodlarının çoxölçülü təsnifat sistemini hazırlamışdır. Bu sistemin əsasında aşağıdakı əlamtlər durur: didaktik məqsəd və vəzifələr, bilik və bacarıqların mənbəyi, pedaqoq və tələbələrin birgə fəaliyyət qaydaları.
Bu sistem, bir növ, metodların klassik və müasir təsnifatlarını birləşdirdiyindən ali məktəb didaktikasında təlim metodları kimi onların öyrədilməsini məqbul sayaraq, hər bir metodu ayrıca nəzərdən keçirməyi lazım bilirik.
Ali məktəbdə təlim-tərbiyə prosesində istifadə edilən metodları beş qrupa ayırmaq olar.


  1. Yüklə 112,78 Kb.

    Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin