Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"



Yüklə 112,78 Kb.
səhifə30/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   43
Ali mək.ped. mühazirələr

Kurs və diplom işləri. Tədris planına əsasən tələbələr, adətən II, III kurslarda əsas, aparıcı ixtisas-peşə fənlərindən kurs işi, sonuncu kursda isə diplom işi, yəni buraxılş işi yazırdılar. Əsas məqsəd tələbələrdə elmi-tədqiqat bacarıqlarının formalaşdırılması, analitik təfəkkürün, yaradıcılığ potensialı inkişaf etdirilməsidir.
Laborator-praktik məşğələlər. Praktik məşğələlərin əsas məqsədi biliklərin dərinləşdirilməsi və möhkəmləndirilməsi, intellektual, əmək və peşə fəaliyyəti bacarıqlarının formalaşdırlmasıdır.
Aid olduğu təlim fənnin məqsədindən asılı olaraq hər bir laborator məşğələnin planı tərtib olunur.
Müasir ali məktəblərdə laborator-praktik məşğələlərin aşağıdakı formalarından istifadə olunur:

  • kollektiv forma;

  • qruplarla məşğələ;

  • frontal məşğələ;

  • fərdi məşğələ.

Kollektiv formada bütün tələbələr birgə, frontal formada bütün tələbələr fərdi, şəkildə verilən tapşırığı həll edirlər.
Bu məşğələlər: şifahi (bütün fənlər), yazılı (dil. riyaziyyat), qrafik (coğrafiya, rəsmxətt), audiovizual (kompüter elmləri) əşyavi-vizual (kimya, fizika) və s. aparıla bilər.
Bu məşğələlərin səmərəlilik kriteriyalarına daxildir:

  • tələbələrin müstəqillik və fəallığının səviyyəsi;

  • məşğələnin məqəsdi ilə bağlı bacarıqların seçilməsi;

  • tələbələrin tədqiqatçılıq və yaradıcılığının səviyyəsi və xarakteri;

  • keçirilmiş məşğələdən müəllim və tələbələrin məmnunluğu.

Yeni fəaliyyətə başlayan müəllimlərə bəzi metodik tövsiyyələr:


Yüklə 112,78 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin