Mühazirə konspektləri ( Magistratura səviyyəsi üçün ) " Ali məktəb pedaqogikası"


Pedaqoji ali məktəbdə tərbiyənin mahiyyəti



Yüklə 112,78 Kb.
səhifə32/43
tarix08.01.2023
ölçüsü112,78 Kb.
#78720
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   43
Ali mək.ped. mühazirələr

Pedaqoji ali məktəbdə tərbiyənin mahiyyəti.

Hər hansı mütəxəssisin şəxsiyyətinin formalaşmasını, onun inkişafı və tərbiyəsini şərti olaraq üç mərhələyə bölmək olar: 1) ali məktəbəqədərki; 2) ali məktəb dövrü; 3) ali məktəbdənsonrakı dövr. Bu dövrlərdən hər birinin özünəməxsus xüsusiyyətləri və müddəti vardır. Birinci mərhələdə tərbiyə işində ailə və müxtəlif professional pedaqoqlar əsas rol oynayır. İkinci mərhələdə ailənin tərbiyədə rolu nisbətən zəifləyir, mütəşəkkil tərbiyə əvvəlki kimi geniş tətbiq edilmədə daha intensiv olur. Özünütərbiyə güclənir, tələbə kollektivinin şəxsiyyətə təsiri artır, tərbiyə peşə istiqamətli olmağa başlayır. Üçüncü mərhələdə özünütərbiyə üstünlük təşkil edir, xarici təsirlər zəifləyir, fərdin özünə daxili təsiri artır, münasibətlər və dəyərlər sistemi nizamlanır. Birinci mərhələ 18 ilə yaxın, ikinci mərhələ 4-5 il, üçüncü mərhələ isə ali məktəbdən sonrakı bütün ömrü boyu davam edir.
Ali məktəbə daxil olan gənc adam artıq müəyyən həyati təcrübəyə, müxtəlif şəxsi keyfiyyətlərə, sosiallaşma səviyyəsinə malikdir. Birinci kurs tələblərində dünyagörüşünün əsasları formalaşmış, əxlaqi görüşləri, estetik zövq və idealı yaranmış, fiziki inkişaf və əməyə münasibət müəyyənləşmişdir. Ancaq şəxsiyyətin formalaşması, onun bütün keyfiyyətləri hələ tamamlamamışdır.
Tələbəlik illərində inkişaf və tərbiyə, şəxsiyyətin formalaşması sanki sürətləndirilmiş templə baş verir. Bu dövr intellektual inkişafın senzitiv dövrü, dəyərlər sisteminə yenidən baxış, sağlamlığın və fiziki qüvvələrin möhkəmləndirilməsi dövrüdür.
Tərbiyə pedaqoqlarla tələbələr arasında elə bir məqsədyönəldilmiş, mütəşəkkil qarşılıqlı təsir prosesidir ki, bu zaman tələblərdə siyasi, əxlaqi, estetik, fiziki keyfiyyətlər formalaşır, onların qabiliyyətləri və mənəvi qüvvələri inkişaf edir, ətrafdakılarla münasibəti stabilləşir.
Gələcək müəllimlərin tərbiyəsi işini hansı metodoloji əsaslar üzərində qurmaq daha yaxşıdır? Əlbəttə, bu işdə hər bir tələbə qrupunun, kursun, fakültənin xüsusiyyətləri nəzərə alınmalıdır. Buna baxmayaraq, tərbiyə prosesinin səmərəliliyini təmin edə biləcək ümumi konseptual qaydalar mövcuddur.


  1. Yüklə 112,78 Kb.

    Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin