MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə45/71
tarix01.12.2023
ölçüsü0,7 Mb.
#170988
1   ...   41   42   43   44   45   46   47   48   ...   71
Cəfər H İbrahimov Psixologiya mühazirələri az 1

məfhum, hökm, əqli 
nəticə
və ya 
istidlal.
Cisim və hadisələrin ümumi və mühüm 
əlamətlərinin inikasından ibarət olan təfəkkür formasına məfhum 
deyilir. Dərslik ədəbiyyatında göstərildiyi kimi məfhum həmişə 
sözlərdə ifadə olunur. Onlar isə müxtəlifdir. Ümumi, fərdi, 
konkret məfhumlar vardır. 
65 
downloaded from KitabYurdu.org


Cisim və hadisələrin ümumi və mühüm əlamətlərini əks 
etdirən məfhumlar ümumi məfhum adlanır. Məsələn, bitki, şəhər, 
məktəb və s. Cisim və hadisələrin ümdə xüsusiyyətlərini əks 
etdirən məfhumlar 
fərdi məfhum
adlanır. Məsələn, şair Nizami
Göy göl və s. 
Gerçək mövcud olan cisimlərin mühüm əlamətlərini əks 
etdirən məfhumlar konkret məfhum adlanır. Məsələn, kitab, 
qələm, dəftər və s. 
Bəzən insan təfəkkürünün obyekti cisim və hadisələrin özləri 
deyil, onların xassələri olur. Bu halda həmin xassələr cismin 
özündən təcrid edilib, müstəqil düşünülə bilər. Bü cür yaranan 
məfhumlara mücərrəd məfhumlar deyilir. Məsələn, yaxşılıq, 
pislik, xoşbəxtlik, səadət və s. 
Hökm, varlığın cisim və hadisələri arasında müəyyən əlaqə və 
münasibətin olub-olmadığını iqrar və ya inkar etməkdən ibarətdir. 
Ümumi, xüsusi və fərdi hökmlər vardır. "Bütün quşlar uçur" 
ümumi, "Bəzi quşlar suda üzür", xüsusi "Bu quş gözəldir" isə 
fərdi hökmdür. 
Hökmlər 
iqrarı
ilə 
inkari
olur. "Təxəyyül insana məxsusdur" 
iqrarı. "Heyvanlarda şüur yoxdur" inkar hökmdür. 
Cisimdə hər hansı bir əlamətin iqrar və ya inkar edilmə sinin 
səciyyəsinə görə şərti, 
təqsimi 
və 
qəti
hökmlər vardır. 
Hər hansı bir fikrin həqiqiliyi hökmdə söylənilmiş şərtlər dən 
asılıdırsa, bu, şərti hökm adlanır. Məsələn, əgər şagirc müntəzəm 
surətdə çalışarsa, dərslərindən geri qalmaz. 
Təqsimi hökmlərdə hər hansı
 
cismə aid olan bir neçə 
xüsusiyyət iqrar və ya inkar edilir. Məsələn, "Akif ya birinci, ya 
ikinci, ya da üçüncü sinifdə oxuyur". 
Hökm cisimdə bu və ya başqa bir əlamətin olduğunu şərtsiz, 
danışıqsız iqrar və ya inkar edirsə, o qəti hökm hesa olunur. 
Məsələn "Bakı Xəzər dənizinin sahilində yerləşir" və s. 
İnsanlar həmişə öz hökmlərinin doğru olub-olmaması 
yoxlamağa çalışırlar. Bu cəhətdən hökmlərin 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin