Satış: Bazarda rəqabət prinsiplərini nəzərə alaraq layihə qarşısında qoyulan tələblər formalaşır.
İstehsal: istehsal bazar ilə bağlıdır və aşağıdakı tələblər irəli sürülür:
yeni texnologiya və avadanlıqlardan istifadə edilməsi;
dayanmış istehsal sahələrinin işə salınması;
müəyyən texnoloji xətlərin dayandırılmas;
bazar münasibətlərinə görə yeni layihə tələblərinin müəyyənləşdirilməsi.
Maddi taminat: Istehsal olunmuş məhsulun bazarda rəqabətədözümlük dərəcəsina uyğun olaraq layihə material, xammal və qiymət kimi parametrlərin dəyişdirilməsini tələb edir.
İnfrastruktur: Bazar xidmətlərinə görə layihəyə yönəlmiş tələblər müəyyənləşdirir. Bu tələblərə reklamlar, rabitə- telekommunikasiya, informasiya və digər mühəndis işləri aiddir.
Ekologiya: Layihənin və ya onun məhsulunun ətraf mühitə olan təsiri və tullantılar ilə bağlı olan tələblərdir.
Göstərilən ətraf mühit parametrlərinin təhlilinə əsasan layihə rəhbərinin, menecerin və onun komandasının qarşısında aşağıdak məsələlər durur:
layihə qarşısında qoyulan tələblər çoxluğu;
bütün maraqlı tərəflərin və layihənin iştirakçılarının layihə haqqında məlumatlandırılması;
layihayə olan tələblər haqqında yığılan məlumatların həcimi və formasınn müəyyənləşdirilməsi;
mühitin layihəyə təsiretmə dərəcəsi dinamikasnın proqnozlaşdırılması;
tələblərin prioritetlər əsasında müəyyənləşdirilməsi və ierarxik strukturunun qurulması.
Layihələrin yerinə yetirildiyi və aid olduğu müəssisənin mühiti layihəyə birbaşa olmasa da, dolayı yolla təsir edir. Layihənin
miqyası nə qedər böyük olarsa ona təsir edən qüvvələrin sayı bir о qədər də çox olur.
Beynəlxalq layihələrin və ya xarici ölkələrin iştiraki ilə yerinə yctirilən layihələrdə diqqət mərkəzində olan faktorları nəzərdən keçirək:
Dostları ilə paylaş: |