təbiət və iqlim şərtləri:temperatur, rütubətlik, külək, hündürlük (dəniz səviyyəsinə nisbətən), topoqrafiya və s.
təbii eytiyatlar
nəqliyyat xətlərinin strukturu və əlaqələri
keyfiyyət standartları: hava, su və torpaq
əlraf mühitin təmizlik dərəcəsi
ətraf mühitin qorunması haqqında qanunlar
ekologiya sisteminin vəziyyəti (hava, su, torpaq)
İnfrastruktur faktorları:
nəqliyyat vasitələri, rabitə və telekommunikasiya
yüklərin daşınması
informasiya texnologiyası
enerji təchizatı
kommunal xidmətlər
bazar, alqı-satqı sistemi
materialların texniki təchizatı
sənaye infrastrukturu
xidmət sistemləri.
Layihələrin yerinə yetirilməsində rol oynayan əsas faktorlardan biri onun daxili parametrləridir. Daxili faktorlardan bir neçəsini nəzərdən keçirək.
Layihənin idarəetmə üslubu onun yaradıcılıq aktivliyinə və işgüzarlıq fəaliyyətinə təsir edir, layihə komandasında psixoloji mühiti qiymətləndirir.
Layihənin əsas iştirakçıları arasında münasibətin qurulması, hüquq, məsuliyyət və öhdəliklərin bölüşdürülməsi layihənin təşkili spesifikasiyası adlanır və onun müvəffəqiyyətlə başa çatmasına təsir cdir.
Layihənin yerinə yetirilməsində hər bir iştirakçının öz marağı olur, onlar tələblərini fomalaşdıraraq layihəyə öz səviyyələrində təsir göstərirlər.
Layihəni yerinə yetirən komanda layihənin «beyni» hesab cdilir və onun icraçı orqanıdır. Layihənin müvəffəqiyyəti əsasan layihə komandasınan asılıdır.
Layihənin iştirakçıları arasında məlumatların düzgün və tarn ötürülməsi kommunikasiya vasitələri və metodlarından asılıdır. Bu sahə əsasən «layihənin sinir sistemi» adlanır.
Layihənin iqtisadi şərtləri onun smeta xərcləri, büdcəsi, qiyməti, vergisi, riski, sığortası, stimulu, güzəştləri və digər iqtisadi göstəriciləri ilə bağlıdır.
Layihənin sosial şərtləri aşağıdakı kimi xarakterizə olunur:
layihənin iştirakçıları üçün eyni standart şəraitin yaradılması
əmək haqqı kommunal şəraitər
sosial təminat: məktəb, bağça, tibb məntəqəsi, istirahət yeri və s.