Planlaşdırma fazası. Bu fazaya layihənin əsas komponentlərinin işlənməsi və onun yerinə yetirilməsi üçün hazırlıq işləri daxildir.
Burada aşağıdakı işlər yerinə yetirilir: layihənin rəhbəri təyin olunur;
layihənin komanda heyyəti müəyyənləşdirilir;
layihə sifarişçisinin tələbləri öyrənilir, digər iştirakçılar müəyyənləşdirilir və kontraktlar bağlanılır;
layihənin son nəticəsi və məhsul müəyyənləşdirilir; məhsulun keyfiyyət standartları müəyyənləşdirilir; layihənin strukturu işlənilir;
əsas işlər yerinə yetirilir;
tələb olunan ehtiyatlar müəyyənləşdirilir;
işlərin yerinə yetirilmə planı hazırlanır;
layihənin ierarxiya strukturu qurulur, dekompozisiya olunur və WBS struktur hazırlanır;
layihənin təqvim planı hazırlanır;
layihənin smetası və büdcəsi müəyyənləşdirilir; layihələrin idarəetmə proseduru və monitorinq sistemi müəyyənləşdirilir;
layihənin təqvimetmə mexanizmi hazırlanır;
layihənin davam etdirilməsi üçün razılıq əldə olunur.
İcra fazası. Bu fazaya layihənin məqsədinə çatmaq üçün yerinə yetirilən işlər çoxluğu nəzərdə tutulur və aşağıdakı işlər yerinə yetirilir:
alqı-satqı üzrə kontraktların bağlanması; idarəetmə sisteminin tam işə salınması; işlərin yerinə yetirilməsi;
layihə iştirakçılarının əlaqələndirilməsi; layihənin komanda heyyətinin stimullaşdırılması;
layihənin texniki spesifikasiyası və onun təfsilatı ilə layihələndirilməsi;
iş bölgüsünün operativ aparılması və planlaşdırılması; işlərin yerinə yetirilməsinə nəzarət sisteminin
tətbiq edilməsi;
layihənin maddi-texniki təminatının həyata keçirilməsi; layihədə nəzərdə tutulan tikinti-quraşdırma, işəsalma kimi işlərin yerinə yetirilməsi;
layihənin monitorinqi, işlərin
koordinasiyası, proqnozlaşdırma və tənzimləmə işlərinin yerinə yetirilməsi; layihədəki işlərin keyfiyyətinə nəzarət edilməsi;
layihədəki vaxt, qiymət və digər parametrlərin idarə
edilməsi;
yaranmış problemlərin dərhal həll edilməsi.
Dostları ilə paylaş: |