Mühazirə materialları Bakı 2019 Mövzu 1


Montorinq və nəzarət fazası



Yüklə 0,73 Mb.
səhifə27/98
tarix09.05.2022
ölçüsü0,73 Mb.
#56913
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   98
LM muhazire materiallari

Montorinq və nəzarət fazası. Nəzarət nədir və nə üçün lazımdır? Menecment jarqonunda 'nəzarət' 'müşahidə' anlayışı ilə bərabər tutulur ki, bu da mandatların həyata keçirilməsi və nizam-intizamın qorunub saxlanmasında uğursuzluqlara, qeyri-səmərəlilik və zəif məhsuldarlığa xüsusi diqqətin yönəldilməsi ilə institusional fəaliyyətə ümumi baxış anlamına gətirib çıxarır. Nəzarət qurum, müəssisələr tərəfindən aparılır və təşkilatı 'müşahidə' və 'diqqətli baxış' funksiyaları ilə təmin edir. Audit, qiymətləndirmə, monitorinq, yoxlama və tədqiqat kimi fundamental elementlər vasitəsilə nəzarət təşkilata səmərəliliyi, məhsuldarlığı inkişaf etdirməkdə və bütövlüyü qorumaqda yardımçı olur.

Monitorinq və qiymətləndirmə kimi yoxlama, audit, gözdən keçirmə və tədqiqat funksiyaları nəzarət tədbirləri hesab olunsa da, hər biri fərqli məqsədə və rola malikdir və monitorinq və qiymətləndirmə anlayışları ilə qarışdırılmamalıdır.



Tədqiqat bu və ya digər mövzuda biliklərin artması və ya töhfə vermək məqsədilə həyata keçirilən sistematik yoxlamanı özündə əks etdirir. Ümumilikdə, tədqiqat qiymətləndirmə və digər yoxlama alətlərini məlumatla təmin edə bilir, lakin təkbaşına qərarqəbuletmədə iştirak edə bilmir.

Sürətli qiymətləndirmə və ekspert rəyi kimi müşahidə/gözdən keçirmə qiymətləndirmədən fərqlidir və monitorinqlə sıx şəkildə əlaqəlidir. Onlar dövri və ya xüsusilə təyin olunmuş vaxtlarda həyata keçirilir və təşəbbüslərin

icrasının qeyri-ciddi qiymətləndirilməsi hesab olunur və metodologiyada qiymətləndirmə üzrə lazımi prosedurlar və ya ciddi tədbirlər tətbiq etmirlər.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin