Mühazirə materialları Bakı 2019 Mövzu 1


Layihələrdə münaqişələrin növləri



Yüklə 0,73 Mb.
səhifə71/98
tarix09.05.2022
ölçüsü0,73 Mb.
#56913
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   98
LM muhazire materiallari

Layihələrdə münaqişələrin növləri



Layihələrin idarə edilməsində əsas beş münaqişə səviyyəsi qeydə alınmışdır:



    1. Şəxsi münaqişə;

    2. Şəxslərarası münaqişə;

    3. Qrupdaxili münaqişə;

    4. Qruplararası münaqişə;

    5. Əməkdaşlar


      Səhmdarlar


      Təşkilatlararası münaqişə.





Tabeçilikdə olan şəxslər

Layihə meneceri

Ailələr və ətraf aləm



Sifarişçilər, müştərilər


Şəkil 33.1. Layihə menecerinin münaqişə mühiti


Şəxsi münaqişə. Bəzən belə olur ki, menecerlər arasında müəyyən məsələlər üzrə fikir ayrılığı mövcud olur. Məsələn, təşkilatlarda aparılan ixtisar zamanı təşkilatın daha səmərəli işləməsilə bağlı tələbləri yerinə yetirən menecer digər tərəfdən ixtisara düşən insanlar ilə münaqişəyə girir. Digər nümunə kimi belə bir vəziyyəti göstərmək olar ki, işçilərdən bəziləri normadan artıq işləyir, digərləri isə evdə istirahət edirlər. Layihə menecerini əhatə edən münaqişə dünyası aşağıdakılardır:

Şəxslərarası münaqişə. Bu tipli münaqişələr adətən, eyni səlahiyyətlərə malik olan və vəzifə

bölgüsündə namizədlikləri eyni səviyyədə olan iki şəxs arasında baş verir. Layihədə işin yerinə yetirilməsində müxtəlif yanaşmalar və fikir ayrılığı da münaqişəyə səbəb olur.



Qrupdaxili münaqişə. Qrupdaxili münaqişələr ehtiyatların paylanması prosesində, mükafatların müəyyən edilməsi və paylanması normalarının tətbiqində qruplardan biri üçün daha yaxşı şəraitin yaradılmasını görən bir qrupun bölmələri arasında baş verir.

Qruplararası münaqişə. Qruplarda müxtəlif məqsədlərin olması qruplararası münaqişəyə səbəb olur. Bu qruplara daxil olan şəxslər bir-birinin rolunu dərk etmirlər, ya da ehtiyat və vəsaitlər üstündə rəqabət aparırlar.

Təşkilatlararası münaqişə. Təşkilatlararası münaqişə iki təşkilat arasında yaranır. Qərb ölkələrinin iqtisadçılarının fikrinə görə bu münaqişə növü rəqabət aparan şirkətlər arasında baş verdiyindən təbii hesab edilir. Ancaq münaqişələr təşkilatlar və səhmdar qruplar arasında ehtiyatların paylanması ilə bağlı olaraq da yarana bilər.


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin